Kasperski-dən BBC-yə zərbə

19-07-2010 / 14:24

Dünyaca  məşhur anti virus proqramı Kaspersky bu dəfə qaş düzəldərkən göz çıxartdı. Xarici KIV-lərin verdiyi məlumata görə, BBC News işçiləri və saytı tez-tez ziyarət edən oxucular Çərşənbə axşamı axırıncı dəfə səhifə yenilədikdən sonra BBC saytına ya da hər hansı bir BBC şəbəkəsinə daxil ola bilmədilər.

 

Problem yaradanın isə məhz Kaspersky olduğu təsbit edilib. Saytı "Phishing" yəni elektron fırıldaqçı hesab edən proqram  o dəqiqə hadisəyə müdaxilə edib. Sayta girməyə çalışanlarsa qarşılarında belə bir cümlə gördülər; " http://www.bbc.co.uk ünvanı kredit kartı nömrələri və digər gizli məlumatların şifrələrini oğurlayır. Sayta giriş dayandırılıb."

 

Əslində isə vəziyyət tamamilə fərqliymiş və saytda heç bir problem yoxuymuş.

 

 

 

V.ELMAR

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə