İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti Britaniyanın “BBC” televiziya şirkətinə idarəetmə xidmətlərinin göstərilməsi üçün elan edilən tenderin qalibi olub. Saziş 7 il üçün nəzərdə tutulub.
Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, idarəetmə xidmətlərinə televiziya şirkətinin Böyük Britaniyada və dünyada internet telekanallarını yaymağa kömək edəcək texnologiya və servislər daxildir.
“Ericsson Broadcast and Media Services” bölməsinin rəhbəri Torsten Zauer sazişin şirkət üçün böyük əhəmiyyətə malik olmasını bildirərək sənədin maliyyə tərəfi barədə açıqlama verməyib. Bir müddət əvvəl “BBC” nümayəndələri sazişin 150-248 milyon funt-sterlinq (228-377 milyon dollar) dəyərində ola biləcəyini bəyan ediblər.
2007-ci ildə teleradio verilişlərinin ötürülməsi bazarına daxil olan İsveç istehsalçısı "Nordic TV Channel C More” televiziya şirkəti ilə saziş imzalayıb. “Ericsson” Britaniya şirkətinə interaktiv xidmətlər, internet xidmətləri və s. daxil olmaqla geniş spektrdə servislər təqdim edir. Qeyd olunan xidmətlərə indi idarəetmə xidmətləri də əlavə olunur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri