E-imzalar abituriyentlər üçün əlçatan olacaq

13-03-2012 / 14:52
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi istifadə müddətinin azaldılması yolu ilə elektron imzaların abiturientlər üçün əlçatan olmasını təmin etməklə razılaşıb. 
Eleketron imzaların istifadə müddətinin azaldılması onun dəyərini azaltmağa və bununla da əhali üçün daha əlçatan etməyə imkan verir. Nazirlik hesab edir ki, məhdudlaşdırılmış müddətilə elektron imzanın tətbiqi abituriyentlərə qəbul imtahanlarında iştirak üçün sənədlərin verilməsində istifadə etməyə icazə verəcək. 
Qeyd edək ki, istifadə müddətinin azaldılması yolu ilə elektron imzaların abiturientlər üçün əlçatan olmasını təmin etməklə bağlı təkliflə Tələbə Qəbulu üzrə Dövlət komissiyası çıxış edib. 
 Azərbaycanda elektron-rəqəmsal imzanın verilməsinə cari ilin sentyabrın 7-dən başlanılıb. E-imzalar bir ildən üç il müddətinə qədər verilir. Onların qiyməti istifadəçilərin kateqoriyasından və onun fəaliyyət dövründən asılı olaraq dəyişir. Əhali  üçün e-imzaların dəyəri 1 il üçün 14 manat, 2 il üçün 22, 3 il üçün isə 30 manatdır. Dövlət strukturları üçün bu dəyər 135 manatdır.  Elektron imzaların fiziki və sahibkar fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün qiyməti isə müddətdən asılı olaraq 60, 114 və 168 manat arası dəyişir.    

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə