Azərbaycanın mobil rabitə operatorları yanvarda gəlirlərini 9% artırıb

25-02-2013 / 19:39

Bu ilin yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları 69 mln. manata yaxın gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ayında Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 116,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq ayına nisbətən müqayisəli qiymətlərlə 13,6% çox xidmət göstərilib. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,1% təşkil edib.

Komitədən bildirilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 59,1%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni ayı ilə müqayisədə bu xidmətlərin həcmi 8,8% artaraq 68,7 mln. manat təşkil edib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə