Mobil cihazların qeydiyyat sistemi yenilənib

06-11-2014 / 20:53

Noyabr 1-dən mobil cihazların (mobil telefonlar, smartfonlar, planşetlər və s.) qeydiyyatı asanlaşıb: ölkəyə idxal olunan mobil qurğular 24 saat müddətində qeydiyyatdan keçir. Tətbiq olunan yeni sistem istifadəçilərin vaxt sərfini də minimuma endirib. Poçt şöbəsində mobil qurğunun qeydiyyatı üçün ərizə şəxsiyyət vəsiqəsində olan fərdi məlumatlar elektron formatda oxunaraq avtomatik hazırlanır və vətəndaşın 2-3 dəqiqə vaxtını alır. Əvvəl ərizə əllə doldurulur və bu da vətəndaşların 10-15 dəqiqə vaxtını alırdı.

Yeni informasiya sisteminin tətbiqi nəticəsində vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyyatı haqqında SMS bildirişini faktiki olaraq qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcək. Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.

Yeniliklərdən biri də IMEI kodun qeydiyyatının onlayn rejimdə həyata keçirilmə imkanıdır. E-gov.az portalı vasitəsilə hər bir vətəndaş internetlə öz mobil qurğusunu qeydiyyatdan keçirə bilər. Yeni tətbiq edilən ödəniş də elektron formatda bank kartı vasitəsilə mümkündür.

1 noyabrdan başlayaraq IMEI kodunun ödənişli qeydiyyatına gəlincə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bu məsələyə rəsmi olaraq aydınlıq gətirib. Ödənişin tətbiqi Azərbaycana pərakəndə idxal olunan mobil cihazlarının davamlı olaraq artması və sistemin dəstəklənməsi üçün maliyyə vəsaitinin tələb olunması ilə bağlıdır. Vətəndaşlara xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni informasiya sisteminin tətbiqi də əlavə vəsait tələb edib.

Ölkəyə idxal edən zaman vətəndaşlar hər mobil cihaz üçün 5 manat ödəməli olacaqlar.

Məlumatı smartfon.az yayıb. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə