“IMEI.az” informasiya sisteminin xidmətləri 27 iyun 2022-ci il tarixindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.
Xeberler.az bildirir ki, vətəndaşlar “IMEI.az” saytında təqdim edilən bütün xidmətləri (İMEİ kodun yoxlanılması, Mobil cihazların qeydiyyatdan keçirilməsi, Mobil cihazların qeydiyyat tarifləri) Vahid Elektron Xidmətlər Portalından əldə edə bilərlər.
Portalda qeydiyyatdan keçmədən hər üç xidmətdən yararlanmaq mümkündür.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət təqdim edir. Hazırda onların bir platformada toplanması prosesi gedir. Vahid Elektron Xidmətlər Portalının yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin və şəffaflığın daha da artırılmasına təkan verəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri