Xəbərlər.az saytı Bakı sakinlərinə "Hansı mobil telefon modelindən yaralanırsınız","niyə məhz bu model", "nədən razısınız", “hansı funksiyaları sizi qane etmir" sualları ilə müraciət edib.
Nurlan Salamov,18
yaş, tələbə
Samsung Galaxy Grand markalı
mobil telefon işlədirəm. Dostlarım, qohumlarımdan eşitmişdim ki, bu telefon bir
çox funksiya, proqramlara malikdir və istifadəsi asandır, qiyməti də uyğun
olduğu üçün onu seçdim. İndi peşmanam, telefon tez-tez donur, funksiyaları
itir. Razı deyiləm.
Rahib
Məmmədov, 40 yaş, mühasib
Nokia markalı mobil telefondan istifadə
edirəm. Əlbəttə, yeni modellər də çıxır, amma mən Nokia-nı daha çox sevirəm.
Telefon yazışmalar, məlumat toplamaq, bilik dairəmi genişləndirmək üçün çox əlverişlidir.
Məsələn, əvvəllər elə kitab, məlumatlar vardı ki, biz onları çətinliklə əldə
edirdik. Amma indi bütün sahələrlə bağlı informasiyanı telefondan əldə etmək
mümkündür. İnsan maraq dairəsini düzgün bölməlidir, telefon aludəçisi olmaq
düzgün deyil.
Kifayət
Osmanova, 48 yaş, evdar qadın
İstifadə etdiyim telefon markası
HTC One minidir. Bu telefonu 1 ildir istifadə edirəm və çox razıyam.
Telefonumda ən çox sevdiyim xüsusiyyət onun çəkilişinin effektli olmasıdır. Bu
telefonun vasitəsiylə hər şeyi HD formatda çəkə bilirəm, kamerası 4 MP-dir,
bununla yanaşı sensoru da çox yaxşıdır. Digər telefonlardan fərqli olaraq heç
vaxt donmur və 16 GB daxili yaddaşı mənə hər şey üçün kifayət edir. Məhz bu
xüsusiyyətlərinə görə bu telefonu seçmişəm.
İmdad
Bayramov, 50 yaş, psixoloq
İphone istifadə edirəm. Bu
telefonu ona görə seçmişəm ki, burada mail-dən, internetdən yararlanıram.
Viberdən istifadə edirəm, çünki övladım xaricdə təhsil alır. Sensorundan
razıyam, internetə qoşulma sürətlidir. Modellər tez-tez dəyişir, qiymətlər
artır, bu da insanlarda həvəs yaradır, müəyyən mənada maddi xərclərə gətirib
çıxarır. Bununla razı deyiləm.
Günel
Məlikova, 17 yaş, tələbə
İstifadə etdiyim mobil telefon
Alcatel One touch hero-dur. Əslində bu telefon mənə hədiyyə edilib. Telefonun
sürətini bəyənirəm, bir də interneti yaxşıdır. Kamerası məni qane etmir, həm də
Azərbaycan şrifti yox idi, sonradan özüm yükləmişəm.
Əfsanə Şərif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri