10 saat teleradio yayımının dayandırılması yolverilməzdir - ekspert

11-06-2018 / 14:40

"Bu gün yerli televiziya və radio kanallarda profilaktikadır. NRYTN-nin Radio Televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi teleradio yayımı üzrə avadanlıqlara texniki baxış keçirəcək. Ekranlarda qeyd olunub ki, 10 saat ərzində, saat 6.00-dan 16.00-dək ölkə ərazisində radio və televiziya proqramlarının yayımında fasilə olacaq. Qurumların saytlarında bu haqda məlumat yoxdur”.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, NRYTN-nin Radio Televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi teleradio yayımı üzrə avadanlıqlara texniki baxış keçirəcək. Ölkədə yerüstü yayımın ötürülməsi sahəsində inhisarçıllıq olduğundan, hər 3-4 aydan bir bu cür situasiya ilə qarşılaşmağa məcburuq:

“Bütün yayım avadanlıqlarının vaxtaşırı dayanıqlıq vəziyyətinin yoxlanılması anlaşılandır. Amma fikrimcə, müasir zamanda ölkənin milli informasiya təhlükəsizliyi məsələsi daha önəmlidir. Teleradio İB işlərini daha effektiv qura bilərdi və bütün ölkə boyu məhdud bir komandanın qeyri-iş vaxtlarında bu prosesi icra etməsi elə də problem yaratmazdı.

Digər tərəfdən, necə ola bilər ki, TV yayımı sahəsində alternativlər olmasın. 

İnternet sahəsində alternativlərin olmamasının acısını bir dəfə görmüşük. 6 saat müddətində ölkədə internet olmamışdı. İndi belə çıxır ki, alternativlərin olmaması səbəbindən, bilərəkdən ölkə ərazisində 10 saat müddətində yayım kəsilməlidir?"

Ekspert bildirib ki, hökumət, MTRŞ, informasiya təhlükəsizliyinə cavabdeh qurumlar, son zamanlar yarana təhlükəsizliklə bağlı komissiya buna reaksiya verməlidir və indiki situasiya, doğru yanaşma deyildir:

“Xatırlayıram ki, ötən profilaktikalarda Prezidentin vacib bir Fərmanını efirə vermək mümkün olmamışdı. Və bunu bəzi dairələr də başqa yerə yozmuşdular. Növbəti 10 saatlıq profilaktikalarda Azərbaycan üçün daha əhəmiyyətli hadisələr ola bilər.

Müasir informasiya təhlükəsizliyi konsepsiyası hər bir situasiyaya hazırlıqlı, dayanıqlı, alternativlər üzərində olan yayım sisteminin qurulmasını tələb edir.

Yoxsa ki, Teleradio İB bir kağız parçası göndərəcək MTRŞ-ə ki, profilaktika edəcək. Bu, təxminən ona oxşayır ki, müharibə getdiyi bir zamanda düşmən tərəfə mesaj verirsən ki, gözlə mən silahımı silim-təmizləyim sonra hücum edərsən

Düşünürəm ki, bu müasir zamanda, Azərbaycanın indiki inkişaf səviyyəsində yolverilməzdir”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.