"Bakı və Abşeron ərazisində Türkiyənin TRT 1 televiziya kanalının rəqəmli yayımının həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır və qısa zamanda kanalın yayımı bərpa olunacaq".
Xeberler.az məlumat verir ki, bu barədə Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı"nın (TİKA) Bakı nümayəndəliyindən bildirilib.
Nümayəndəlikdən verilən məlumata görə, əvvəldən TRT 1-in Azərbaycan ərazində yayımının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ) və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio İB) arasında müqavilələr olub. Telerdio İB ilə olan müqavilə TRT 1-in analoq yayımını təmin edib: "Bakı və Abşeronda rəqəmli televiziya yayımına keçilib. Buna görə də hazırda TİKA ilə Teleradio İB arasında müqavilə layihəsi üzərində iş gedir. Yazışmalar aparılır. Qısa zamanda televiziyanın yayımı ilə bağlı yaranmış problem həll olunacaq".
TİKA-dan o da bildirilib ki, ölkədə rəqəmli televiziya yayımına keçiləcəyi ilə bağlı bu ilin oktyabr ayında Teleradio İB tərəfindən TİKA-ya məlumat daxil olub. (Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri