48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

29-05-2019 / 15:28

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir.

Xeberler.az bildirir ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi artıq yekunlaşaraq qalibləri müəyyən olunub.

Müsabiqədə iştirak üçün 20 min 722 inşa yazılsada, ümumilikdə 20 nəfər qalib seçilib.

Mayın 28-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərpoçt "MMC və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Hər mövzu üzrə 1 qalib olmaqla 1-ci yer üzrə 2 nəfərin hər birinə 200 manat, hər mövzu üzrə 2 qalib olmaqla 2-ci yer üzrə 4 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 6 nəfərin hər birinə 100 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici yerlər üzrə 8 nəfərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunub.

Mərasimdən öncə isə şagirdlər, onların valideynləri və müəllimləri "Azərpoçt" MMC-nın mərkəzi binasında və "Şəbəkə" xidmət mərkəzində ekskursiyada olublar.

Qeyd edək ki, builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən "Öz qəhrəmanın haqqında məktub yaz" mövzusu (15 yaşa qədər olan məktəblilər üçün), "Azərpoçt" MMC tərəfindən isə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusu təklif edilib.

"Azərpoçt" MMC-nin qeyd olunan mövzunu təklif etməsi 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədardır.

Birinci mövzu üzrə Bakı şəhəri, 132-134 saylı təhsil kompleksinin 8-ci sinif şagirdi Dadaşova Leyla Elnur qızı, ikinci mövzu üzrə isə Qax rayonu, Allahverdiyev adına 2 nömrəli məktəb-litseyin 11-ci sinif şagirdi Aşurov Hüseyn Hikmət oğlu qalib elan olunub.

Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən Dadaşova Leyla Elnur qızına məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur.

Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə "Poçt ittifaqı" jurnalında çap olunur.

Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir.

Qeyd edək ki, mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.

Xatırladaq ki, "Azərpoçt" MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.