Previous Next
Bağla

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

21-05-2018 17:29
İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi artıq yekunlaşaraq qalibləri müəyyən olunub.  

Xeberler.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak üçün 27 min 733 inşa yazısı təhvil verilsə də ümumilikdə 30  nəfər qalib seçilib. 

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ”Azərpoçt ”MMC və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Hər mövzu üzrə 1 qalib olmaqla  1-ci  yer üzrə  3 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 2 qalib olmaqla  2-ci yer üzrə 6 nəfərin hər birinə 100 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 9 nəfərin hər birinə 80 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici  yerlər  üzrə 12 nəfərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və  hədiyyələr təqdim olunub. 

Mərasimdən öncə isə şagirdlər, onların valideynləri və müəllimləri “Azərpoçt” MMC-nın mərkəzi binasında ekskursiyada olublar. 

Qeyd edək ki, müsabiqəyə “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu: 100 illik inkişaf yolu”,  “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları təqdim edilmişdi.  Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” MMC, üçüncü mövzu isə Təhsil Nazirliyitərəfindən təklif edilərək təsdiqlənib. 

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən 9-cü sinif şagirdi Qələndərli Ləman Mahir qızına məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur. 

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır.

 Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun mükafatını almaq üçün  Bern şəhərinə dəvət olunur. 

Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunur.

 Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir.  Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir. 

Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür. 

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar  (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

29-05-2019
Azərpoçt müsabiqə elan edib

Azərpoçt müsabiqə elan edib

16-02-2018
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018
Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

17-12-2019
Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

02-05-2015
ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010
“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020
9 oktyabr - Ümumdünya Poçt Günüdür

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020
​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

12-11-2015
“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

27-04-2020
“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri  açıqlandı- Fotolar

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015
“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022
“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir

09-10-2025
Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019
Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015
Azərmarka rəsm müsabiqəsi elan edir

Azərmarka rəsm müsabiqəsi elan edir

13-03-2018
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015
Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019
Azərpoçt beynəlxalq sertifikata layiq görülüb

Azərpoçt beynəlxalq sertifikata layiq görülüb

09-04-2019
Azərpoçt MMC Dünya Bankı ilə birgə yeni layihə hazırlayır

Azərpoçt MMC Dünya Bankı ilə birgə yeni layihə hazırlayır

10-07-2015
Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə