Previous Next
Bağla

Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

02-05-2015 13:23
Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində növbəti epistolyar inşa müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktorunun müavini Sübhan Kazımov qeyd edib ki, ənənəvi olaraq bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə - Bern şəhərinə göndərilib:

“Bununla əlaqədar olaraq üç mövzu üzrə inşa müsabiqəsinə start verilib. Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi  tərəfindən təklif edilib. Müsabiqənin mövzularına 15 yaşa qədər olan məktəblilər  arasında “Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin?”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz o torpaqlara qayıdacağıq!” fikri, eləcə də “Xalq qəhrəmanları ilə tanınır”  mövzuları daxildir. Birinci mövzu ÜPİ, ikinci mövzu “Azərpoçt” MMC, üçüncü mövzu isə Təhsil Nazirliyi  tərəfindən təklif edilib”.

Tədbirdə qeyd edilib ki, 1969-cu ildə Tokio konqresində əsası qoyulmuş inşa müsabiqəsi ÜPİ tərəfindən bu il 44-cü dəfə təşkil olunur. Azərbaycan Poçt Müdiriyyəti bu müsabiqədə 2001-ci ildən iştirak etməyə başlayıb. Ölkəmizdə epistolyar inşa müsabiqəsi artıq 15-ci dəfə keçirilir:

“Müsabiqənin şərtlərinə uyğun olaraq, ÜPİ-nin üzvü olan hər bir ölkədə bu müsabiqə keçirilir və qalib yazılar 30 aprel tarixindən gec olmayaraq, ÜPİ-nin Beynəlxalq Bürosunun ünvanına göndərilir. Beynəlxalq Büro tərəfindən həmin inşa yazıları toplanır və YUNESKO tərəfindən təşkil olunmuş münsiflər heyətinə təqdim edilir. Münsiflər  heyəti üç ən yaxşı qalibi və 5 laureatı müəyyən edir”. 

Beləliklə, ölkə üzrə keçirilən müsabiqəyə 2007-2008-ci ilin yekunlarına  görə, 20565, 2008-2009-cu tədris ilində 23478, 2009-2010-cu tədris ilində  36500, 2010-2011-ci tədris ilində 37478, 2011-2012-ci tədris ilində  39152, 2012-2013-cü tədris ilində  40057, 2013-2014-cü tədris ilində 45660 ədəd yazı verilib. Bu il isə müsabiqəyə ən yüksək rəqəm – 60595 inşa yazısı daxil olub.

Qaliblərə 1-ci yerdə hər bir mövzu üzrə 1 nəfər olmaqla, 3 nəfər – hər biri 150 manat;  2-ci yerdə hər bir mövzu üzrə 2 nəfər olmaqla, 6 nəfər – hər biri  100 manat; 3-cü yerdə hər bir mövzu üzrə 3 nəfər olmaqla, 9 nəfər – hər biri 80 manat məbləğində pul mükafatları və fəxri fərmanlar təqdim olunub.

Həvəsləndirici yerin sahibləri hər bir mövzu üzrə 4 nəfər, ümumilikdə isə  12 nəfər olmaqla, hər biri 50 manat məbləğində pul mükafatı qazanıblar. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt müsabiqə elan edib

16-02-2018

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

29-05-2019

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

21-05-2018

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018

Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

17-12-2019

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010

Bu gün “Son zəng”dir

14-06-2017

RYTN jurnalistlər arasında müsabiqə elan edir

01-11-2016

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Azərbaycanda Bilik Günüdür

15-09-2016

İKT üzrə təlimlərdə iştirak edənlər mükafatlandırılıb

04-06-2015

IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələrinin qalibləri mükafatlandırılıb

26-08-2013

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019

Proqramçılar yarışa çıxır

26-10-2018

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Yüksəliş” intellektual müsabiqəsi həyata keçirilib

15-05-2023

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

05-05-2026

“Elektron təhsil” müsabiqəsi başa çatdı

10-11-2015

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

22-12-2015

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə