Previous Next
Bağla

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019 11:58
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən, 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Chip.az xəbər verir ki, ilk Beynəlxalq Teleqraf  Konvensiyasının (1865) imzalanması və Beynəlxalq Telekommunikasiya İttifaqının (1969) yaranması  da məhz bu günə təsadüf edir. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”dır. Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 17 may tarixi ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciəti diqqətə çatdırılacaq.

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev “Rəqəmli transformasiya mühitində standartlaşmanın rolu”, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov “İT mütəxəssisi hazırlığı və sertifikatlaşma”, Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə “Standartlar kibertəhlükəsizlik vasitəsi kimi” mövzularında məruzələrlə çıxış edəcək.

Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutmuş “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

Qaliblər (I-IV yerlər) “Azercell” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla təltif olunacaqlar. Eyni zamanda informasiya təhlükəsizliyi üzrə “ISO/IEC 27001:2013 standartı əsasında təlim keçən 15 nəfərə sertifikatlar təqdim olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2016

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunacaq

14-05-2009

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

16-05-2009

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

16-05-2011

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2021

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə