Previous Next
Bağla

Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

17-12-2019 11:57
Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir ki təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar  (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi uğurla baş tutub.

Xeberler.az bildirir ki, müsabiqədə iştirak üçün 20 min 722 inşa yazısı təhvil verilib. Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər üçün), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib. Birinci mövzu üzrə Bakı şəhəri, 132-134 saylı təhsil kompleksinin  8-ci sinif şagirdi Dadaşova Leyla  Elnur qızı qalib elan olunub. Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə Azərbaycanda 1-ci yeri tutan Dadaşova Leyla Elnur qızına məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunub. Sonda 3 əsas qalib müəyyən edilib. Sevindirici haldır ki, dünya üzrə 3 əsas yerin qaliblərindən biri Azərbaycan məktəblisi Leyla Dadaşova olub və o, 3-cü yerə layiq görülüb. Bu nəticəyə görə azərbaycanlı şagird bürünc medal qazanıb. Qalib məktəblinin bürünc medalını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ona təqdim edib.

Qeyd edək ki, azərbaycanlı məktəbli yazdığı inşanı müasir dövrün ən məşhur fizik-nəzəriyyəçilərindən olan Stiven Hokinqə həsr edib. Yazıda hərəkət və danışıq qabiliyyətini itirməsinə baxmayaraq böyük uğurlar əldə edən alimin hər kəsə nümunə olmasından bəhs olunur. Müəllifin bu mövzuya müraciət etməsinin səbəbi isə qardaşının autizm sindromundan əziyyət çəkməsidir.

Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC 1993-cü ildən etibarən Ümumdünya Poçt İttifaqının üzvüdür. Leyla Dadaşova ÜPİ-nin təşkilatçılığı ilə 48 ildir keçirilən bu yarışmada qalib olan ilk azərbaycanlıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

29-05-2019

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

21-05-2018

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018

Azərpoçt müsabiqə elan edib

16-02-2018

Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

02-05-2015

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

12-11-2015

“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

27-04-2020

Peyk texnologiyalarının nəqliyyatın idarə olunmasında rolu müzakirə olunub

16-10-2023

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Azərbaycan Ümumdünya Poçt İttifaqının müzakirəsində iştirak edir

25-09-2019

Azərbaycan beynəlxalq quruma üzv seçildi

05-05-2015

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019

Azərpoçt beynəlxalq sertifikata layiq görülüb

09-04-2019

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə