ABAD-ın rəsmi saytı fəaliyyətə başladı

20-04-2017 / 14:43

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində yaradılmış ABAD publik hüquqi şəxsin rəsmi internet səhifəsi - www.abad.gov.az fəaliyyətə başlayıb.

Xeberler.az-ın məlumatına görə, 7 bölmədən ibarət səhifədə ABAD-ın təqdim etdiyi məhsullar, publik hüquqi şəxslə əməkdaşlıq edən şəxslər, təqdim olunan xidmətlər, yaradılmış brendlər haqqında məlumat əldə etmək olar.

“Məhsullar” bölməsində ABAD tərəfindən dəstək göstərilən ərzaq məhsullarının istehsalı, yaxud dekorativ-tətbiqi sənətkarlıq sahəsində çalışan ailələrin satışa çıxarılmış məhsulları, satış şəbəkələri barədə məlumat yer alıb.

“ABADçılar” bölməsində ABAD-a qoşulmuş ailə biznesləri, “Brendlər” bölməsində isə yaradılmış ailə brendləri haqqında ətraflı məlumat verilib.

Həmçinin, ABAD-a üzv olmaq, əməkdaşlıq etmək üçün xüsusi “ABADçı OL” bölməsi yaradılıb. Bu bölməyə daxil olan şəxslər fəaliyyət göstərdiyi sahə, öz təsərrüfatları, mövcud imkanları haqqında məlumatları daxil edərək, ABAD-a sorğu-müraciət göndərəcəklər.

Qeyd edək ki, ABAD publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.