Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

06-06-2018 / 12:09

Hökumət özündə olan məlumat bazalarını açıqlamayınca rəqəmsal iqtisadiyyat irəliləyə bilməyəcək- OsmanGündüz.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bildirib ki, söhbət adi məlumatlardan, hansısa icmallardan, hesabatlardan deyil, emal oluna biləcək böyük məlumat bazalarından gedir.

Bildiyiniz kimi, nazirliklərdə, digər dövlət qurumlarında nəhəng informasiya bazaları formalaşır. Hansı ki, bunların böyük ictimai və biznes əhəmiyyəti var və çox az bir qismi açıqlanması məhdud olan informasiyalardır.

Osman Gündüz digər informasiyaların isə proqramçılar və startapçılar tərəfindən onlayn biznes qurmaq istəyənlər üçün emal olunacaq vəziyyətə gətirilməsinin vacib olduğunu bildirib. Bunun səbəbi isə Açıq Məlumat Portalında hələlik çox cüzi və elə də əhəmiyyət kəsb etməyən məlumat bazaları yerləşdirilməsidir. Digər ölkələrin təcrübəsində isə bu tip bazaların sayı çoxdur.

Osman Gündüz Dövlət qurumlarının bu tip bazaları açıqlamamasına da aydınlıq gətirib: "Mövcud qanunvericilikdə məlumatların , informasiyaların açıqlanması nəzərdə tutulub, amma onların baza formatında, emal oluna biləcək səviyyədə açıqlanması nəzərdə tutulmayıb. Güman ki, həm də bu məqsədlə dövlət qurumlarına maliyyə ayrılmaması da müəyyən rol oynayır.

Odur ki bu tip bazaların açıqlanması dövlət qurumu rəhbərinin öz arzusuna qalmış olur. 

Düşünürəm ki Açıq Məlumat Bazaları haqqında qanunun qəbul edilməsinin zamanı yetişib. Açıqlanması məcburi olan məlumat bazalarının siyahısı müəyyən olunmalı və bu bazalar vətəndaşların, biznesin ixtiyarına verilməlidir .
VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura olaraq biz hökumətə bununla bağlı təkliflər vermişik . Hələlik bu istiqamətdə irəliləyişlər hiss olunmur"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.