Previous Next
Bağla

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022 16:37
Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

“Google Maps” resursunda Azərbaycanın ictimai nəqliyyat sistemi ilə bağlı məlumatlar silinib.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib.

“Bununla bağlı uzun illər bu işlə könüllü məşğul olan “Transit For Baku” qrupu məlumat açıqlamışdı.

Ötən ayın əvvəli bu problemlə bağlı yazmışdım.

Artıq bu məlumatlar Google Maps-dən yığışdırılıb. Bu tip məlumatlar hazırda yalnız BNA-nın alo141.az saytında və mobil versiyada mövcuddur.

Düşünmək olar ki, TFB könüllü qurumu zəruri məlumatları emal oluna biləcək səviyyədə BNA-dan əldə etməkdə çətinlik çəkirlər.

Digər üsullarla bu məlumatları əldə edib yenidən emal edərək Google resursuna inteqrasiya etmək isə təbii ki əlavə resurslar tələb edir. Görünür ki, qurumun BNA ilə partnyorluğunda problemlər yaranıb.

Əlbəttə, global xəritələrdən bu tip məlumatların yığışdırılması ölkəmiz üçün arzuolunan deyil.

Gərək BNA zamanında bu məsələyə reaksiya verəydi ki, məlumatlar silinəcək səviyyəyə çatmayaydı.

Düşünürəm ki, Azərbaycanın ictimai nəqliyyat məlumatlarının Google Maps üzərindən verilməsinin davam etdirilməsi üçün BNA tez bir zamanda aşağıdakı variantlardan birində seçim etməlidir :

1. BNA bir çox ölkələrdə olduğu kimi ictmai əhəmiyyət kəsb edən məlumatları özü Google Maps-a təqdim etməlidir. Bunun üçün qurum Google şirkəti ilə əməkdaşlıq etməli və xidməti təqdim edən strukturlarla partnyorluq müqaviləsi imzalamalıdır

2. BNA “Transit For Baku” könüllü komandası ilə müqavilə imzalamlı, adı çəkilən məlumatların emal oluna biləcək səviyyədə TFB qurumuna verilməsi təmin edilməlidir

Yeri gəlmişkən, əslində bu tip problem digər dövlət qurumlarına da xasdır.

Söhbət açıq məlumatlardan, emal oluna biləcək səviyyədə məlumatların dövlət qrumları tərəfindən açıqlanmasından gedir.

Məsələn, BNA hansısa marşrut dəyşikliyini, hansısa xəbərin -press relizin içərisində deyil, emal oluna biləcək səviyyədə açıqlamalıdır.

Təəssüf ki, bizdə hələlik Açıq Məlumatlar haqqında qanun da qəbul edilməyib.

Hansı ki, bu qanun, o cümlədən, Açıq məlumatlar portalı (opendata.az) Açıq Hökumətin əsas tərkib hissəsidir. Bu portalda isə hələlik çox "kasıbçılıqdır".

Hələlik dövlət qurumları da, güman ki zəruri resurslar ayrılmadığından, məlumatları emal oluna biləcək səviyyəyə gətirmək və onu açıqlamaq işinə elə könüllü kimi yanaşırlar.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

21-08-2022
Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

06-06-2018
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017
"BNA öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır"

"BNA öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır"

28-04-2021
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021
Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019
BNA Prezidentin fərmanını niyə icra etmir?

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023
Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022
Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022
Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

26-09-2019
Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020
Nəqliyyatla bağlı bütün məlumatlar bir saytda

Nəqliyyatla bağlı bütün məlumatlar bir saytda

11-09-2017
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022
Google və Youtube-dan ən önəmli yenilik

Google və Youtube-dan ən önəmli yenilik

03-06-2015
Dövlət qurumlarında toplanan datalardan kimlər istifadə edir?

Dövlət qurumlarında toplanan datalardan kimlər istifadə edir?

19-11-2021
Ekspert: Azərbaycan bir pillə geriləyib

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023
“Google maps” Naxçıvanı Azərbaycan ərazisi kimi göstərməyib

“Google maps” Naxçıvanı Azərbaycan ərazisi kimi göstərməyib

28-08-2009
Silverlight dəstəkli Bing Maps istifadəyə verildi

Silverlight dəstəkli Bing Maps istifadəyə verildi

08-12-2009
“Google maps”də Azərbaycanın Xocavənd rayonu Martuni kimi göstərilir

“Google maps”də Azərbaycanın Xocavənd rayonu Martuni kimi göstərilir

07-03-2009
Google uşaqlar üçün xəritə hazırlayır

Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə