Previous Next
Bağla

Dövlət qurumlarında toplanan datalardan kimlər istifadə edir?

19-11-2021 17:40
Dövlət qurumlarında toplanan datalardan kimlər istifadə edir?
"Dövlət qurumlarının əksərində son illər ərzində xeyli məlumat bazaları, data toplanıb. Müşahidələrimiz göstərir ki, bir çox dövlət qurumları bu datadan yalnız özləri istifadə etməyə üstünlük verirlər. Bir çox dövlət qurumları isə artıq bu datalar üzərində əməlli-başlı biznes, kommersiya qurublar. Digər özəl və hətta dövlət qurumlarına bu datalara giriş imkanları yaratmaqda maraqlı deyillər".
 
Xeberler.az bildirir verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüzün sözlərinə görə, dövlət qurumlarında toplanan datalar üzərində inhisarçılıq yolverilməzdir, bu tip yanaşma olduqca qüsurludur.
 
"Bu cür yanaşma rəqəmsal transformasiyanı, süni intellektin inkişafını və tətbiqini ləngidir, sərbəst və azad rəqabəti məhdudlaşdırır,
 
Dövlətə məxsus olar resurslar, məlumat bazaları bəzi istisnalarla tam açıq olmalıdır. Nəinki dövlət sektoru üçün, həmçinin vərəndaşlar və biznes sektoru, tədqiqat qrupları üçün bu datalara giriş imkanları yaradılmalıdır.
 
Həm də bu datalar emal oluna biləcək səviyyədə olmalıdır ki, maraqlı tərəflər ondan daha effektiv istifadə edə bilsinlər, təhlil və tədqiqat apara bilsinlər, lazım gələrsə bu datalardan istifadə etməklə biznes qura bilsinlər".
 
Ekspert bildirib ki, bizim bəzi dövlət qurumlarımız isə bu dataları emal oluna biləcək səviyyəyə gətiriblər, lakin ya özləri biznes qururlar, ya da yaxın bildikləri qurumlarla separat sövdələşmə edərək özəl biznes yaradırlar.
 
"Fikrimcə Açıq Məlumat Bazaları ilə bağlı məsələnin də indiyədək, RİNN və VXSİ Dövlət Agentliyi arasında, necə deyərlər “açıq” qalması da bu problemin həllinə maneçilik törədir.
 
Düşünürəm ki, Açıq Məlumat Bazaları ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir. Açıqlanması məcburi olan dataların siyahısı müəyyən olunmalıdır və Portalda yerləşdirilməlidir.
 
Uzun müddətdir ki, Açıq Məlumat Portalında yerləşdirilən məlumatlarda dəyişiklik yoxdur. Qonşu ölkələrin, digər ölkələrin oxşar resursları ilə müqayisədə bizin Opendata.az resursu çox “kasıb” görsənir.
 
Düşünürəm ki, RİNN və EHİM adı çəkilən resursun təkmilləşdirilməsi və yenilənməsi üçün, müvafiq tənzimləyici aktların qəbulu üçün səylərini gücləndirməlidirlər",
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

17-01-2024

Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

06-06-2018

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023

Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

24-02-2022

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022

Ekspert: Resurslar hara yönəldilməlidir - ASAN-a, yoxsa rəqəmsal hökumətə?

14-12-2021

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

Ekspert: Media qurumları WhatsApp-la bağlı məsələni ifrat dərəcədə şişirdirlər

11-01-2021

Ekspert : Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu?

12-03-2019

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Ekspert:“Teknofest” dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?

02-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə