“2017-ci ilin dekabrından sonra Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinin “opendata.az” “Açıq məlumatlar”portalına yalnız bir dövlət qurumu – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) öz məlumatlarını yerləşdirib.
ETSN ötən ilin sonu 11 adda coğrafi məlumatları rəqəmsallaşdırıb “opendata.az” portalına inteqrasiya edib.
Xeberler.az məlumat verir ki, bu barədə “Multimedia” İnformasiya Texnologiyaları və Mərkəzinin rəhbəri Osman Gündüz bildirib:
“Ölkəmizdə açıq məlumat bazaları ilə bağlı qanun yoxdur. Məcburedici normativ aktların olmadığı bir şəraitidə hansısıa dövlət qurumuna məxsus datanın bu portalda yerləşdirilməsi qalır onların öz “vicdanı”na.
Hansı dövlət qurumu istəyirsə, öz məlumatlarını rəqəmsallaşdırır və portala inteqrasiya edir. Kim istəmirsə, sadəcə bunu etmir.
Prezidentin rəqəmsal hökumətə keçidlə bağlı, elektron hökumət səlahiyyətlərinin “ASAN”-a verildiyi 14 mart 2018-ci il tarixli fərmanından sonra adıçəkilən portalın inkişafına cavabdehlik Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) həvalə edilib. NRYTN “opendata.az”-ın gələcək inkişafı məsələsini həll etməlidir”.
Mütəxəssis bildirir ki, əgər bu resurs eGov-a cavabdeh olan quruma verilməyəcəksə, onda bu resursun inkişafı üçün ciddi yanaşma ortaya qoyulmalıdır:
“Təcrübə göstərir ki, əgər bu iş könüllü olacaqsa, bura az sayda dövlət qurumları inteqrasiya edəcək. Çünki adi formatda olan məlumatların emal oluna biləcək səviyyəyə gətirilməsi və inteqrasiya ilə bağlı işlər müəyyən xərclər tələb edir.
Düşünürəm ki, NRYTN açıq məlumat bazaları ilə bağlı qanun layihəsinin hzırlanmasına start verməlidir.
Eyni zamanda eGov-a cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Elektron Hökmətin İnkişafı Mərkəzi də eGov da formalaşan bazanın bu resursa inteqrasiyası üçün “opendata.az”-nın operatoru olan NRYTN-in MHM qurumu ilə birgə tədbirlər görməlidir.
“Opendata.az” resursu rəqəmsal sahibkarlığın, o cümlədən startap və innovasiya ekosistemin inkişafı üçün, əlavə dəyər yaratmaq üçün, ictimai informasiyalara daha effektiv əlçatanlıq üçün, daha effektiv və səmərəli dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət kəsb edir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri