Previous Next
Bağla

Osman Gündüz: Elektron hökumət var, amma hüquqi təminat yoxdur

03-07-2019 10:04
Osman Gündüz: Elektron hökumət var, amma hüquqi təminat yoxdur

"Azərbaycanda açıq məlumat bazaları yoxdur. Açıq internet platforması olaraq biz bir neçə dəfə hökumətə təklif vermişik. Bu, jurnalistika üçün əhəmiyyətlidir. Ona görə ilk olaraq datanın vəziyyətinə fikir verməliyik. 

Xeberler.az FaktXəbər-ə istinadən bildirir ki, bu sözləri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

Osman Gündüz bildirib ki, əvvəlcə buna ölkədə kimin səlahiyyəti çatdığını aydınlaşdırmalıyıq: "Kimdən açıq məlumat bazasını istəyə bilərik? Bir il bundan öncə – ötən ilin martın 12-də Prezident İlham Əliyev rəqəmsal hökumətə keçidlə bağlı fərman imzaladı. Həmin fərmana qədər olan dövrdə hər şey Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə məxsus idi. Fərmandan sonra elektron hökumətlə bağlı bütün səlahiyyətlər ASAN Xidmətə verildi. Ancaq açıq məlumat bazaları Rabitə Nazirliyində qaldı.

Prezidentin fərmanına qədər onun adı data.com.az gedirdi. Bütün səlahiyyətlərin ASAN xidmətdə olduğu bildirildi və Nazirlik yeni domen alaraq, bazanın yeni adı "Opendata" olaraq dəyişdirildi.

Mərkəzin rəhbəri bildirdi ki, bu bir il ərzində sözügedən saytda yenilik olmayıb, demək olar ki, faəliyyəti dondurulub: "Bu domen həm pula, həm də qanuna görə boşdur. Düzdür, burda 600 adda informasiya var. Ancaq bu xəstəxana poçt və sair ünvanlarıdır."

O.Gündüz bildirib ki, açıq məlumat bazaları barədə qanun və səlahiyyətlər müəyyən olunmalıdır: "Fikrimcə, bu ASAN-a verilməlidir. Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun serverini özündə saxlaya bilər. Ancaq mahiyyəti başqa qurumda olmalıdır. İndi uyğun qurumlardan biri ASAN-dır və elektron hökumət də ona verilib. Bildiyimə görə artıq bu istiqamətdə işlər gedir."

"2 il öncəyə qədər rəhbərlik etdiyim qurum informasiyanın alınması barədə monitorinq aparırdı. İnformasiyanın əldə olunması haqqında qanunla bağlı biz bir neçə nəfər mübarizə apardıq. Lakin bu, Parlamentdə qəbul edilmiş, Prezident tərəfindən imzalanmayan tək-tük qanunlardan biridir. Həmin layihədə 29-cu maddə var idi ki, mən buna “jurnalistin çörəyi ağacı” deyirəm. Bu maddədə hansı məlumatları dövlət qurumunun məcbur açıqlamalı olduğu bildirilib. Qanuna əsasən 32 adda informasiya - nazirin telefonu, e-maili, tenderlər, onların nəticələri, xərclənən pul və sair açıq şəkildə verilməlidir. Bu olarsa jurnalist özü üçün xeyli məlumat toplaya bilər", - deyə Osman Gündüz bildirib. 

Azərbaycanda Elektron hökumət quruculuğunda ən dəhşətli problemlərdən birinin rəqəmsallaşma ilə hüquqi təminat arasında əlaqə olduğunu vurğulayan mütəxəssis, bu dəqiqə mygov.az saytının varlığını və orada qeydiyyatdan keçməklə özümüzlə bağlı bütün informasiyaların mövcudluğunu görə biləcəyimizi dedi: "Əlbəttə, çatışmayan məlumatlar da olur ki, bu da  qurumlar arasında inteqrasiyanın kifayət qədər olmaması ilə bağlıdır.

Sizə hər hansı bir sənəd, məsələn yaşayış yerindən arayış lazımdırsa, onu bu saytdan pdf variantında əldə edə bilərsiz. Lakin onu hər hansı bir quruma aparsanız, möhür olmadığı üçün qəbul etməyəcəklər.

Elektron hökumət var, amma hüquqi təminat yoxdur. Qərar verilməli idi ki, sənədin elektron formada olması hüquqi statusu üçün yetərlidir. Bizdə isə bu proses gedir, ancaq çox yavaş gedir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012

Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

06-06-2018

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015

Ekspert: "EHİM-in RİNN-ə verilməsi rəqəmsallaşmada mərkəzləşməni asanlaşdıracaq"

06-12-2022

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

13-10-2015

Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

05-11-2010

«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

09-03-2010

“Elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır”

04-11-2013

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021

Ekspert: DOST Agentliyinin saytı nə üçün yoxdur?

11-07-2019

“ASAN XİDMƏT” ƏHALİNİN İŞİNİ ASANLAŞDIRACAQMI?

17-07-2012

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Osman Gündüz: Elektron hökumətlə bağlı bütün səlahiyyətlərin ASAN-a verilməsi doğru yanaşmadır

18-01-2019

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

“Elektron hökumət”in yaradılması prosesi niyə sona çatmır?

13-02-2015

Elektron hökumət proqramı üçün pul tapılmır

29-03-2015

“Elektron imza” layihəsinə milyonlar xərclənsə də, o işlək olmadı

29-09-2010

“Hökumət buludu” layihəsi büdcə xərclərini artıracaq, yoxsa azaldacaq?

29-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə