Previous Next
Bağla

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023 12:10
Ekspert: Azərbaycan bir pillə geriləyib

“Open Data Watch” qurumu dünya ölkələrinin açıq məlumat bazaları və milli statistika sistemləri üzrə 2022-ci ilin nəticələrini açıqlayıb.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Bu hesabat hər bir ölkədə müxtəlif kateqoriyalar üzrə açıq məlumat bazalarının hansı vəziyyətdə olmasını, son illər üzrə bu datanın əlçatanlıq vəziyyətini, açıq bazaların emal oluna bilmə vəziyyətini və s. açıqlayır.

Open Data İnventory (ODİN) təşkilatına istinadən açıqlanan hesabatda Azərbaycanın statistika sistemi   57 balla qiymətləndirilib. Ölkəmizin reytinqi isə ötən illə müqayisədə bir pillə enib. Azərbaycan dünya ölkələri arasında 57 bal toplayaraq 71-ci olub.

Hesabata görə regionda açıq məlumat bazalarının həcmi və əlçatanlıq üzrə ən yaxşı vəziyyət Gürcüstanda olub.

Gürcüstan 28-ci yer

Qazaxıstan 48-ci yer

Rusiya 52-ci yer

Türkiyə 59-cu yer

Ermənistan 65-ci yer

Azərbaycanda qapalılıq və məlumatsızlıq üzrə üzrə ən "kasıb" vəziyyət elə "ərzaq təhlükəsizliyi" və "yoxsulluq kateqoriyası" üzrə olub.

Anlaşıqlı desək, bu o deməkdir ki, hesabatı hazırlayan qurum bu iki kateqoriya üzrə Azərbaycanla bağlı data axtaranda nə Dövlət Statistika Komitəsinin saytında, nə də opendata.az -da heç nə tapa bilməyib.Həmçinin, qurumun hesabatına görə təhsil, sosial, gender, səhiyyə, cinayətkarlıq, maliyyə və s. sektorlarında açıqlıq və məlumatlılıq, statistika səviyyəsinə görə   Azərbaycan xeyli aşağı göstəricilər əldə edib.

ODİN 2022-ci ildə 192 ölkədə 22 statistik kateqoriya və 65 göstəricini əhatə edən açıq məlumatların qiymətləndirilməsini aparıb. ODIN-in məqsədi açıq məlumatlar üzrə rəsmi statistikanın əhatə dairəsi və əlçatanlığının obyektiv qiymətləndirilməsini təmin etməkdir.

Düşünürəm ki, Dövlət Statistika Komitəsi və opendata.az resursunun sahibi olan RİNN bu hesabatı ciddi araşdırmalıdır. DSK statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, stat.gov.az-ın təkmilləşdirilməsi və e-xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işləri canlandırmalıdır. Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq bizdə hələ də Açıq Məlumat Bazaları haqqında qanun hazırlanmayıb. Dövlət qurumları opendata.az portalına könüllü olaraq məlumatları yerləşdirməkdə maraqlı görsənmirlər.

RİNN bu istiqamətdə vəziyyəti yaxşılaşdırmaq üçün səylərini gücləndirməlidir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

Statistik məlumatlar sisteminin təqdimatı olub

28-06-2019

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Azərbaycanda neçə startap var?

13-03-2024

Məlumatların açıq elan edilməsi üzrə ölkələrin statistikası açıqlanıb

18-12-2015

DSK dayanıqlı inkişafla bağlı informasiya portalını təqdim edib

02-07-2019

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi

25-02-2019

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019

Ekspert: RİNN E-iştirakçılıq vəziyyətini düzəldə biləcəkmi?

25-02-2025

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022

Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

07-01-2026

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022

Azərbaycan kibertəhlükəsizliyə görə MDB-də ilk 3-lükdə qərarlaşıb

05-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə