Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015 / 17:38

Asan İmza mobil elektron imza xidməti Hökumət Ödəniş Portalına inteqrasiya edilib.

Xeberler.az-ın məlumatına görə, bununla, portalın istifadəçiləri mobil elektron imzadan istifadə edərək portala daxil ola və orada təmsil olunan dövlət orqanları tərəfindən təqdim edilən 220-dən çox, ümumilikdə isə 21 təşkilat üzrə 330-dan artıq xidmətlə bağlı ödənişləri həyata keçirə bilər.

Bu cür ödənişlərə vergilər və digər dövlət rüsumları, ipoteka ödənişləri, kommunal və rabitə xidmətləri üzrə ödənişlər və s. aiddir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının fəaliyyətinin əsas məqsədləri “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi istiqamətində dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə rüsümlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi, büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılması, kommunal və digər kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir ödəniş üsullarından istifadə edilməklə toplanması üçün infrastruktur imkanların yaradılması, eləcə də bank və digər maliyyə qurumları arasında sağlam rəqabət mühitinin yaradılmasından ibarətdir.  

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.