AzScienceNet-də yeni texnologiyalar tətbiq ediləcək

20-04-2017 / 12:32

AzScienceNet şəbəkəsində yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyətə malikdir.

Bu barədə Xeberler.az-a AzScienceNet şəbəkəsinin Data Mərkəzinin administratoru Tural Mustafayev  seni simsiz şəbəkə texnologiyaları və onların tətbiqi barədə danışarkən deyib.

Tural Mustafayev qeyd edib ki, hazırda bütün dünyanı yüksəksürətli şəbəkə ilə əhatə edən texnologiyaların hazırlanması istiqamətində işlərin görülür:

“Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı İnternetə çıxışla təmin etmək üçün yaxın zamanda Yer kürəsinin orbitinə 156 kiçikölçülü peyk buraxmağı planlaşdırır”.

O, bütün dünyanı ödənişsiz Wi-Fi şəbəkəsi ilə əhatə edə bilən Outernet haqqında da məlumat verdib:

“Bu layihə yerətrafı orbitdə CubeSat peyklərinin yerləşdirilməsini və onların köməyi ilə bütün Yer kürəsinin simsiz şəbəkə ilə təmin olunmasını nəzərdə tutur. Outernet böyük bir Wi-Fi marşrutlayıcı rolunu oynayaraq bütün dünyanı öz şəbəkəsində birləşdirəcək. Bu şəbəkəni istifadəçi adı və parolu daxil olunmadan istifadə etmək və şəbəkəyə Wi-Fi-ı dəstəkləyən bütün növ cihazlarla qoşulmaq mümkün olacaq”.

T.Mustafayev qeyd edib ki, Outernet-i İnternetin qadağan olunduğu ölkələrin əhalisi belə asanlıqla istifadə edə biləcək.

O vurğulayıb ki, bu kimi yeni texnologiyaların AzScienceNet şəbəkəsində tətbiqi şəbəkənin imkanlarının daha da genişləndirilməsi və fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.