Previous Next
Bağla

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017 10:28
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet elm-kompüter şəbəkəsində verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların işlənilməsi, AzScienceNet-də mobil hesablama buludlarının, Enterprise Desktop Grid xidmətlərinin, o cümlədən verilənlərin emalı mərkəzində hesablama klasterlərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılır.

Bu barədə Xeberler.az-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib.

R.Ələkbərovun sözlərinə görə, AzScienceNet-də hostinq xidmətlərinin yaradılmasına dair tələblər yenidən işlənilir, superkompüter texnologiyalarının mövcud vəziyyəti, inkişaf perspektivləri, onlarda həll olunan məsələlərin analizi və təhlillərin aparılması üzrə araşdırmalar davam etdirilir. Həmçinin verilənlərin emalı mərkəzində virtual laboratoriyaların yaradılması, AzScienceNet-də proqramla idarə olunan şəbəkə texnologiyalarının (Software Defined Networking – SDN) tətbiqi və analizi, AzScienceCert-də toplanan məlumatlar əsasında təhlillərin aparılması ilə bağlı tədqiqatlar yerinə yetirilir.

Alim AzScienceNet EKŞ-nin infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlərdən söz açaraq AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin şəbəkəyə qoşulması, AzScienceNet infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması işlərinin davam etdirildiyini bildirib.

O qeyd edib ki, AzScienceNet-in yaddaş və hesablama resurslarının artırılması, şəbəkə üzərindən ElmTV İnternet televiziyasının monitorlar şəbəkəsinin istismarı və genişləndirilməsi, verilənlərin emalı mərkəzində E-kitabxana serverinin istismarı, akademiyanın qurumlarında Wi-Fi şəbəkəsi və Eduroam xidmətinin, AMEA-nın Şəki və Lənkəran Regional Elmi Mərkəzlərində distant tədris mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Direktor müavini Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT tərəfindən verilmiş 1Gbit/san İnternet trafikindən səmərəli istifadə edilməsi məqsədilə AMEA-nın institut və təşkilatlarının, AMEA-nın Fizika institutunun nəzdində fəaliyyət göstərən GRİD Elmi-Tədqiqat Mərkəzinin, eləcə də Azedunet.az təhsil şəbəkəsinin GEANT şəbəkəsinə qoşulması istiqamətində işlərin görüldüyünü nəzərə çatdırıb.

O, bildirib ki, AzScienceNet üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin istismarı, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili işləri həyata keçirilir, informasiya təhlükəsizliyi siyasətinin tələblərinə müvafiq olaraq, şəbəkənin e-poçt xidmətinin fəaliyyəti gücləndirilir.

O, AzScienceNet şəbəkəsində Multimedia Qalereyası sisteminin yaradılması və istismarı, institutda işlənilmiş İnteraktiv informasiya sisteminin istismarının təşkili, şəbəkənin İnternet-monitorinq və İnternet analitikası işlərinin gücləndirilməsi üzrə işlərin görüldüyünü söyləyib.

Alimin sözlərinə görə,  respublika ali təhsil və elmi müəssisələrində AzScienceNet-in xidmətlərindən istifadə edilməsi istiqamətində Azedunet.az təhsil şəbəkəsinin AzScienceNet-ə qoşulması, Azərbaycan Tibb Universitetində Wi-Fi sistemi və Eduroam xidmətinin yaradılması, eləcə də Distant Tədris Mərkəzindən regionlarda yerləşən universitetlərin tələbələri üçün elmin müxtəlif sahələri üzrə mühazirələrin təşkili istiqamətində işlər aparılır.

AzScienceNet şəbəkəsinin beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirildiyini diqqətə çatdıran məruzəçinin sözlərinə görə, GEANT Assosasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aparılan işlər davam etdirilir.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

Naxçıvan Dövlət Universitetində LOLA audiovizual yayım sistemi qurulacaq

25-01-2020

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə