Previous Next
Bağla

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016 11:50
AzScienceCert-in fəaliyyəti genişləndirilir

Verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların işlənilməsi, AzScienceNet elm kompüter şəbəkəsində “Enterprise Desktop Grid” xidmətlərinin yaradılması və bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması məsələləri, AzScienceCert-də toplanan məlumatlar əsasında təhlillərin aparılması, AzScienceNet-də hostinq xidmətlərinin yaradılmasına qoyulan tələblərin işlənilməsi istiqamətində elmi-tədqiqatlar davam etdiriləcək.

Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib.

R.Ələkbərov cari ildə şöbədə planlaşdırılmış işlər haqqında məlumat verərək superkompüter texnologiyalarının mövcud vəziyyəti, inkişaf perspektivləri, onlarda həll olunan  məsələlərin analizi və təhlillərin aparılması, şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran məruzəçi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi üzrə elmi-tədqiqatların  davam etdiriləcəyini deyib.

Direktor müavini AzScienceNet-in infrastrukturunun genişləndirilməsi və şəbəkədə yeni xidmətlərin təşkili işlərindən danışıb.

O qeyd edib ki, şəbəkənin infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, AzScienceNet üzərindən ElmTV İnternet televiziyasının monitorlar şəbəkəsinin yaradılması və istismarı, AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-ə fiberoptik əlaqə kanalları vasitəsilə qoşulması, AzScienceNet-in analoji şəbəkələrlə (MDB ölkələri üzrə) müqayisəli təhlili  və analizin aparılması işlərinin davam etdirilməsi planlaşdırılır.

O, həmçinin AzScienceNet-in texniki imkanlarının genişləndirilməsi məqsədilə yaddaş və hesablama resurslarının artırılmasından söz açaraq şəbəkənin internetə çıxış sürətinin 400 Mbit/s-ə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

AzScienceNet üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin, İnternet üzərindən onlayn TV yayımının təşkili, AzScienceNet-də “Mutlimedia Qalereyası” sisteminin yaradılması və istismarı işləri, “Everest” və “BOİNC” platformaları əsasında paylanmış hesablama sistemlərinin, o cümlədən “Desktop GRİD” sisteminin yaradılması istiqamətində birgə işlərin aparılması, AzScienceNet-də Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili və s. ilə bağlı tədbirlərin həyata keçiriləcəyi bildirilib.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırıb.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

22-04-2016

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013

Naxçıvan Dövlət Universitetində LOLA audiovizual yayım sistemi qurulacaq

25-01-2020

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə