Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018 / 17:48

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransı bu gün öz işini yekunlaşdırır.
 
Xeberler.az  bildirir ki, beynəlxalq sərgi-konfransda Azərbaycan rəsmi nümayəndə heyəti ilə təmsil olunur.
  
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş olduğu sərgidə isə ölkəmizə məxsus Milli Pavilyon fəaliyyət göstərir.
  
Ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlərin, innovativ xidmətlərin, tətbiqlər və həllərin nümayiş olunduğu Milli Pavilyona ziyarətçilər böyük maraq göstərir.
  
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Cao sərgini ziyarəti çərçivəsində Milli Pavilyonumuzda olub, təqdim olunan xidmət və layihələrlə maraqlanıb.
 
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
Azərbaycan startapçıları tərəfindən təqdim edilən həllər Baş katibin diqqətini cəlb edib.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.