Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019 / 10:39

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Facebook” səhifəsində müvafiq suallara cavab verilib.

Xeberler.az  bildirir ki, suallar şərhlər vasitəsilə cavablandırılıb. “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, müəyyən edilmiş ərazi prinsipi tətbiq olunan məktəblər, digər dildə tədris aparılan bölmənin seçilməsi, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə qəbul üzrə avtomatik elektron sorğu yaradılması, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagird qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Xatırladaq ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Təhsil nazirinin əmrinə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron qaydada aparılır.

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır. Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.