Çində ağıllı restoran istifadəyə veriləcək

05-01-2017 / 14:14

Çində yerləşən KFC restoranlar şəbəkəsi və yerli veb-xidmətlər provayderi Baidu gələcəyin restoranının yaradılması üzərində işləyir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Pekində istifadəyə veriləcək yeni ağıllı  kafenin özəlliyi ondan ibarətdir ki, burada müştərinin sifariş etməyinə ehtiyac yoxdur.

Belə ki, sifətin tanınması sistemi insanın üz ifadəsinə görə onun hansı qidanı sifariş etmək istədiyini anlayacaq.

KFC kassalarında quraşdırılmış müasir skanerlər müştərinin cinsi, yaşı və əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək.

Restoran operatorlarının fikrincə, bu məlumatlar sifarişin nədən ibarət olacağını təxmin etmək üçün kifayətdir.

Bundan başqa, restoran tədricən daimi müştərilərin məlumat bazasını yaradacaq. Bu, alıcının əvvəlki sifarişlərinə əsaslanaraq onun istəklərini daha dəqiq müəyyən etməyə imkan verəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə