Apple daha bir startapı satın alıb

12-06-2017 / 15:30

The Times of Israel İnternet resursunun məlumatına görə, Apple şirkəti İsrailin sifətin tanınması texnologiyasının hazırlanmasında ixtisaslaşmış firması olan RealFace-i satın alıb.  

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Təl-Əvivdə fəaliyyət göstərən RealFace firmasının əsası 2014-cü ildə qoyulub. Şirkətə sahib olmaq Apple korporasiyasına 2 milyon dollara başa gəlib.

RealFace saytı hazırda offlayn rejimdə işləyir. Startap sifətin tanınması üzrə süni intellektlə inteqrasiya edilmiş unikal texnologiya hazırlayıb. RealFace proqram təminatı digər qurğularla müqayisədə sifətin asanlıqla tanınmasını təmin edir. Şirkətdən verilən məlumata görə, yeni proqram müştərilərə sistemə giriş üçün ağıllı biometrik həll təklif etməyə çalışır ki, bunu da mobil qurğularda da istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, daha əvvəllər İsrail öz şirkətinin inkişafı üçün təxminən 1 milyon dollar investisiya alıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə