DİQLAS-ın yanması nəticəsində zərər çəkən sahibkarlara kompensasiyalar necə ödəniləcək ?

28-03-2019 / 15:46

"Prezidentin tapşırığı ilə “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarlara kompensasiya veriləcək. Düzü, bu məsələ ilə bağlı bundan öncə fikrimi bildirəndə çox ehtiyatla zərəçəkənlərin müdafiəsindən danışmışdım. Yəni, birbaşa qeyd etməmişdim ki, zərəri hökumət ödəməlidir. Mən, biz az ehtiyatla yanaşıb, zərər çəkən sahibkarların hökumət tərəfindən müdafiəsinin zəruri olduğuna diqqət çəkmişdim. Düşünürdüm ki, yanğınla bağlı təhlükəsizliyə cavabdeh qurumlar, binanın sahibkarının məsuliyyəti, sahibkarlardan toplanan vəsaitlər və qarşılığnda təklif olunan xidmətlər və s. müəyyən olunacaq və zərərin ödənilməsində hökumət onlara da təsir edəcək. Əlbəttə, çətin situasiyadır. İndiki anda, hələlik aydın deyil ki, kompensasiya necə, haradan ödəniləcək. Büdcədən olacaq, yoxsa başqa mənbələrdən ? Belə bir zamanda Prezidentin bu cür humanist addım atması, bütün məsuliyyəti öz üzərinə götürməsi, əlbəttə, vətəndaş üçün, sahibkar üçün hədsiz əhəmiyyətlidir. Yəni, Prezident , iflas olmuş vətəndaşının yanında olduğunu göstərdi. Doğru yanaşmadır."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda  bu cür ağır nəticələrə səbəb olan faktların aşkara çıxarılmasının vacibliyini də qeyd edib:

"Eyni zamanda düşünürəm ki, bunu bir ənəyə çevirmək də təhlükəli olardı. Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdr. Sığorta sistemi işə salınmalıdır. Bu cür ağır nəticələrə səbəb olan faktlar aşkara çıxarılmalıdır ki, sabah təkrarlanmasın. Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır. İcra intizamının möhkəmləndirilməsinə ciddi ehtiyac var. Baxırsan ki, dövlət qurumu qarşıya qoyulan vəzifələri keyfiyyətli və müasir tələblərə uyğun formada icra etməyə hazır deyil. Bunun səbəbləri araşdırılmalıdır. Nə üçün? Vəsait ayrılmayıb, yoxsa məsuliyyətsizlik, yaxud rüşvət , korrupsiya var ?"

Osman Gündüz sonda Dövlət qurumlarına qarşı tələblərin sərtləşdiriməli olduğunu da vurğulayıb :

"Bəzən də müşahidə olunur ki, hansısa oliqarxın təsiri ilə dövlət qurumunun qərarını icra etmək problemə çevrilir. Dövlət qurumlarına qarşı tələblər sərtləşdiriməli, qərar və tapşırıqların icrasına məsuliyyətsizliklə bağlı sərt tədbirlər görülməlidir. İctimai nəzarət üçün imkanlar genişləndirilməlidir. Bəzən Prezident yanında keçirilən müşavirələrdə məlum olur ki, hansısa nazir və ya rəhbər şəxs verilən tapşırıqları icra etməyib. Amma sonradan müşahidə olunur ki, cəza ya olmur, ya sadəcə danlanır, ya yumşaq olur, ya da vəzifədən çıxmaqla canını qurtarır. Düşünürəm ki, dövlət nəzarəti gücləndirilməlidir. Ciddi məsuliyyətlər, cərimələr müəyyən olunmalıdır. Bəlkə də PA-da, NK-da dövlət nəzarəti ilə bağlı əlavə strukturlar yaradılması daha faydalı ola bilərdi. Prezident yanında İctimai Palatanın yaradılması da ictimai nəzarətin gücləndirilməsinə yardımçı ola bilərdi."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.