Previous Next
Bağla

Koronavirus və rəqəmsallaşma: problemlər və yeni çağırışlar

07-04-2020 20:11
Koronavirus və rəqəmsallaşma: problemlər və yeni çağırışlar

"Xüsusi karantin rejimi rəqəmsal hökumət quruculuğunda, e-xidmətlərin keyfiyyətində ciddi problemlərin olduğunu aşkara çıxardı. Məlum oldu ki, bir sıra e xidmətlərin keyfiyyəti ümumiyyıtlə hədsiz aşağıymş".

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:

"Yalnız ayrı-ayrı dövlət və özəl qurumların İT mütəxəssislərinin fədakarlığı, gecə gündüz çalışması ilə vəziyyətdən çıxmaq mümkün olur. Alimlər, həkimlər koronavirusla vuruşa-vuruşa dərman axtardığı kimi bizim e- gov sektoru da qısa zaman kəsiyində təcili hansısa İT həll hazırlamaq, köhnəni yamamaq və böyür-başını düzəltmək, dar macalda yeni resurslar add etmək, eyni anda ciddi audit olmadan dayanıqlığı təmin etmək üçün sanki vuruşurlar.

Təsəvvür edin ki, bir neçə günə nəhəng bir ictimai resurs hazırlanır. Bu, əslində görünməmiş bir haldır. Adətən bu tip gov. resurslara uzun zaman sərf olunurdu.
Bu, ilk baxışda həqiqətən də fədakarlıqdır, amma eyni zamanda həm də zamanında kimlərinsə məsuliyyətinin yetərli olmadığının göstəricisidir.

Həmçinin , baxırsan ki, uzun müddət öncə, böyük vəsaitlər hesabına hazırlanan ictimai resurslar bir anda çökür".

Ekspert məsələnin həllinə dair bir sıra təkliflər irəli sürüb:

"Zamanında Prezident fərmanına uyğun inteqrasiyalar olmalıydı, kordinasiya olmalıydı, e-xidmətlər testdən keçirilib, istənilən situasiyaya hazırlanmalıydı.
Əlbəttə karantinlə bağlı gov sektorda çalışan bütün İT mütəxəssislərin bu fədakarlıqları dəyərləndirilməlidir, eyni zamanda cavabdeh şəxslərdən də zamanında buraxılan ciddi səhvlərə, etinasızlığa və məsuliyyətsizliyə görə məsuliyyət tələb olunmalıdır.

Rəqəmsal savadlılığın yüksəldilməsi və e-xidmətlərdən istifadəni kütləviləşdirmək üçün hökumət ayrıca proqram qəbul etməlidir.

Müşahidələr göstərir ki, vətəndaşların adi e-xidmətlərdən istifadəsində, adi SMS xidmətlərdən istifadədə ciddi problemləri var.

Güman ki, koronavirus pandemiyasından sonrakı dünya, yeni dünya düzəni rəqəmsallaşmanı daha kəsinliklə diqtə edəcək. Hər şey rəqəmsal platformaya gələcək. Hökumət, biznes və vətəndaşlar bunun fərqində olmalıdır".

Osman Gündüz bildirib ki, Azərbaycan internetinin keyfiyyətinin hədsiz aşağı olması bir daha özünü biruzə verib:

"Xatırlayıram ki, dövlət başçısı da karantindən az öncə bu məsələyə diqqət çəkmişdi. İnternet bazarın 65%-nə dövlət operatorları nəzarət edir. Telekommunikasiya infrastrukturu əsasən dövlətə məxsusdur. Xüsusi karantin rejimi dövlətə məxsus olan bu infrastrukturda ciddi problemin olduğunu göstərdi. Hökumət bu platforma üzərindən qarşıya qoyulan vəzifəni, dövlət xifmətlətini , təhsil xidmətlərini vətəndaşa çatdırmaqda problemlə üzləşdi.

Düşünürəm ki, hökumət bunun fərqində olmalıdır. Bu sektorda ciddi, köklü islahatlar qaçılmazdır".

"Təhsil sektorunda, xüsisilə Universitetlərdə rəqəmsallaşmada problemlər daha qabarıq görsəndi.

Distant təhsil formasının, həmçinin əyani və qiyabidə distant texnologiyaların tətbiqinin nə qədər zəruri olmağı bir daha təsdiqləndi.

Təhsil Nazirliyi, bəzi Universitetlər vəziyyətdən çıxmaq üçün var qüvvəsi ilə çalışdılar. Yeni həllər təqdim olundu, imkanı olanlar distant texonlogiyalar tətbiq etdilər.

Amma bu cür spontan, hüquqi təminatlar olmadan, hazırlıqsız addımlarla əyani və qiyabi təhsil formasının tələblərinə uyğun bilik və bacarıqları vermək mümkün deyil.
Problemin həlli üçün təhsil tam rəqəmsallaşmalıdır, hüquqi, texnoloji təminatlar yaradılmalıdır.

8 ildir ki " Təhsilin rəqəmsallaşması" haqqında Dövlət Proqramı Maliyyə Nazirliyində ilişib qalıb. Kompleks yanaşma olmadan Təhsil Nazirliyinin, hansısa təhsil müəssisəsinin, hansısa səfirliyin dəstəyi ilə təhsilin rəqəmsallaşmasından danışmaq doğru olmazdı.

Mövcud situasiya kiçik və orta biznesin, xidmət sektorunun, logistika və çatdırılmanın, ticarətin elektronlaşmasının nə qədər əhəmiyyətli olmağını bir daha təsdiqlədi.

Situasiya onu göstərdi ki, uzun illər bu sektorun inkişafı üçün olan çağırışların az bir hissəsi reallaşıb.

Biz bu sahədə xeyli ləngimişik. KOB-un rəqəmsal sahəyə inteqrasiyası, bu sahədə startapların inkişafı, güzəştlər və stimullaşdırma üçün hökumət daha çevik bə nəticəsi olan addımlar atmalıdır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020
Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

12-03-2020
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
Ekspert: “Kəndlərə optika” dövlət proqramını hazırlamasına ehtiyac var

Ekspert: “Kəndlərə optika” dövlət proqramını hazırlamasına ehtiyac var

17-08-2020
Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025
Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?

Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?

23-01-2021
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Ekspert: Milli təhsil platforması yaradılmalıdır

Ekspert: Milli təhsil platforması yaradılmalıdır

18-04-2021
Ekspert: Təhsil sahəsində İT statistika necədir ?

Ekspert: Təhsil sahəsində İT statistika necədir ?

16-09-2019
DİQLAS-ın yanması nəticəsində zərər çəkən sahibkarlara kompensasiyalar necə ödəniləcək ?

DİQLAS-ın yanması nəticəsində zərər çəkən sahibkarlara kompensasiyalar necə ödəniləcək ?

28-03-2019
Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021
ASAN imza nə üçün çətinləşdi ?

ASAN imza nə üçün çətinləşdi ?

18-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə