ASAN 2.0 realdırmı ?

05-12-2018 / 20:49

Bu gün Elektron Hökumət quruculuğu istiqamətidnə çox ciddi hesab olunacaq bir addım atıldı. Uzun müddətdən bəri problemə çevrilən kordinasiya edici bir qurum – eGov –un inkişafı sahəsində İcra Qrupu yaradıldı. 

Düşünürəm ki Prezident Fərmanına uyğun olaraq Rəqəmsal hökumətə keçid istiqamətində atılan ən əhəmiyyətli məsələlərdən birincisidir.
Yəni, heç kimə sir deyil ki , hazırda dövlət qurumlarının məlumat bazaları dağınıq formadadır, inteqrasiya təkmil deyil, resurslardan effektiv istifadə yetərli deyil .
Dövlət qurumları arasında bəzən kəskin rəqəmsal bərabərsizlik hiss olunur.

Yəni, elə dövlət qurumu var ki eGov sahəsində yüksək inkişaf etmiş vəziyyətdədir , eləsi də var ki heç bir ciddi irəliləyiş yoxdur. Elə dövlət qurumu var ki öz informasiya sistemindən başqa dövlət qurumlarının istifadəsinə elə də maraqlı deyil. Belə olan halda isə vətəndaş eGov sahəsində mövcud olan üstünlüklərdən yetərincə bəhrələnə bilmir.
Kordinasya Qrupu, ümid edirəm ki ən qısa zamanda bu problemləri aradan qaldıra biləcək.
Bu gün VXSİ Dövlət Agentliyi bu istiqamətdə, Rəqəmsal Hökumətə keçidlə bağlı bir Konsepsiya da irəli sürdü. Artıq onun icrası isqiqamətində işlərə başlanıb.

Ümumiyyətlə 10 ildir ki sistemli formada aparılan eGov siyasətini, fikrimcə aşağıdakı mərhələlərə bölmək olardı :

  1. 2009-cu ilədək olan dövrdə hər bir dövlət qurumu ayrı-ayrılıqda öz məlumat bazalarını və elektron xidmətlərini yaratmaqla məşğul olub. Hər hansı vahid bir yanaşma olmayıb.
  2. 2009 - 2012- ci illər . Hansı ki eGov –un inkişafı üçün, eGov portalı üçün, bütün dövlət qurumlarının İNTEQRASİYASI üçüın vahid bir layihə hazırlanmış və büdcədən də böyük vəsaitlər (~15 milyon manat) Yana xanım Krimpenin rəhbərlik etdiyi quruma ayrılmışdı. Kordinasiya da RYTN- a tapşırılmışdı . Təəssüf ki layihə uğurlu olmadı, resurslardan səmərəli istifadə edilmədi, dövlət qurumları arasında inteqarsiya baş tutmadı. Əslində müşahidələrim göstərirdi ki həmin vəsaitin çox az, hədsiz az bir hissəsi dövlət qurumlarına çatdı.
  3. Belə olan halda, normal bir eGov portalı ortda olmadığından RYTN öz resursları hesabına bunu yenidən qurdu . Bir xeyli xidmətlər portala inteqrasiya olundu. MHM Egov sahəsində bir sıra addımlar atdı. Hətta o zaman xatırlayıram ki RYTN –də indiki formatda bir Əlaqələndirmə Komitəsi də yaratmışdılar, qapalı, səmərəsiz toplantılar keçirilirdi. Təəssüfki qeyri şəffaf və effektiv olmayan fəaliyyət nəticəsində o zaman bu format uğurlu olmadı, işləmədi və sonralar da, ümumiyyətlə ləğv edildi.
    Hətta 2012-ci ildə eGov quruculuğuna təkan vermək üçün Prezident tərəfindən RYTN tabeliyində Elektron Hökumət Dövlət Agentliyi yaradılmışdı. Lakin bir neçə ay müddətində bu qurumda heç bir işlər görülmədiyinə, güman ki ona rəhbər təyin edilməsində ciddi fikir ayrılıqları olduğuna görə ölkə başçısı doğru olaraq həmin Fərmanın qüvvəsini dayandırmış və hamıya məlum olan, sonralar çox uğurlu aılnan ASAN-nın yaradılması haqqında Fərman imzalamışdı. Diqqət etsək görərik ki ölkə başçısı məhz RYTN-nin işlədə bilmədiyi eGov Dövlət Agentliyini ləğv edib ASAN –nı yaratmışdı.
    ( Bəlkə də yaxşı olub işlətməyiblər, belə olsaydı bəlkə də ASAN olmayacaqdı :)
    Uzun müddət eGov quruculuğu istiqamətidnə müəyyən işlər görülsə də, e-imza ilə bağlı infrastruktur formalaşsa da, etiraf etmək lazımdır ki ciddi kordinasiya və normal inteqrasiya baş tutumadı.
    Yəni, hələ də , belə demək mümkünsə, vətəndaşla bağlı informasiya bir dövlət qurumunda olmasına baxmayaraq , digər dövlət qurumu onu kağız formada yenə də vətəndaşdan tələb etməkdədir. Hələdə elektron xidmətləriin asan formada əldə edilməsində problemlər var.
  4. 2018-ci ilin mart ayında rəqəmsal hökumətə keçidlə bağlı QƏBUL EDİLƏN Prezident Fərmanını, eGov-un inkişafına cavabdeh qurumun yaradılmasını eGov sahəsində növbəti, 4-cü mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Növbəti dəfə eGov-a cavabdeh bir qurum formalaşdırıldı. Ölkə başçısı tərəfindən yeni tələblər irəli sürüldü . Bütün dövlət  xidmətlərinin həqiqətən də bir nöqtədən və elektron formada alınmasına imkan verən ekosistem  hazırlanmaılıdr. Yəni ASAN2.0 reallaşdırılmalıdır.

    Artıq yeni səlahiyyətli mərkəzi icra orqanı olan VXSİ Dövlət Agentliyi çox qısa bir zaman kəsiynidə Elektron Hökumətin İnkişafı Mərkəzi üçün yeni bri inzibati bina istifadəyə verib. EHİM-in yeni komandası formalaşıb. Əlavə innovativ sektorlar yaradılıb.

    Artıq bu qurum tərəfindən dövlət informasiya sistemlərinə verilən tələblər hazırlanıb. 2009-cu ildə qurulan, inteqrasia üçün platforma rolunu oynayan, xarici bir məhsul olan x-Road sistemi VXSİ Dövlət Agenttliyi tərəfindən yenidən yazılıb. Düşünürəm ki təhlükəsizlik və effektivlik baxımından doğru yanaşmadır.
    Təhlükəsizlik baxımından gerçəkdən də ASAN-a məxsus ASAN imzanın yaradılması da doğru addım olardı.

    Qeyd etdiyim kimi, bu gün eGov quruculuğu sahəsində daha bir addım atıldı, yeni fəaliyyət proqramı açıqlandı və yenidən bir Əlaqələndirici format yaradıldı. Bütün dövlət qurumlarının aidiyyatı İKT qurumlarının rəhbərlərindən ibarət, daimi fəaliyyət göstərən İcra Qrupu yaradıldı.

    Bu format necə işləyəcək ? İşlək mexanizmlər yaradılacaqmı? Dövlət qurumlarında buna münasibət necə olacaq? Resursları yetərli olmayan dövlət qurumlarına vəsaitlər ayrılacaqmı ? İnteqrasiya yenə də dövlət qurumlarının “öz vicdanına, öz insafına ” buraxılacaq, yoxsa sərt xətt müəyyən olunacaq ?
    Düşünürəm ki elə də asan olmayacaq .
    Adicə bir faktı xatırlatmaq istərdim. Hələdə yeni nəsil şəxsiyyət vəsiqələrində e-imzaları aktiv etmək mümkün olmayıb. Bu o deməkdir ki burada maraq toqquşmaları qaçılmaz olacaq.
    Bununla belə, bugünkü Konfransın səviyyəsindən, dövlət qurumlarının təmsilçiliyindən, irəli sürülən Konsepsiyadan belə qanətə gəlmək olardı ki yaxın zamanda bu sahədə müsbət istiqamətdə ciddi dəyişikliklər gözləmək olar.
    Ortada Prezidentin də siyasi iradəsi olmasını nəzərə alsaq, güman ki biz yaxın zamanda yeni bir ASAN2.0 modelinin şahidi olacağıq


Osman Gündüz
05.12.2018

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə