Previous Next
Bağla

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020 18:40
Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

Xeberler.az bildirir ki, bir neçə gün öncə dövlət başçısı çıxışında bütün sahələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Bəs bununla bağlı regionlarda vəziyyət necədir?

Hazırda 79 Yerli icra hakimiyyəti orqanı var. Bu icra qurumların əksəriyyəti yerli vətəndaşlara 39 sayda, bir qismi isə 15- 25 sayda dövlət xidməti təklif edir. Bu xidmətlərin 99%-i indiyədək elektronlaşmayıb. Vətəndaşlar məcburdur ki, bu xidmətləri oflayn olaraq, müxtəlif yerli qurumlardan alsınlar.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Xatırlayıram ki, ASAN-nın son monitorinqində Bakı şəhərinin yerli icra qurumlarının əksəriyyəti xidmətlərin keyfiyyətinə görə 5 ulduz sistemlə cəmi 1 ulduz qazanmışdılar. Ümumiyyətlə isə, bu xidmətləri analiz etdikdə görmək olar ki , onların böyük əksəriyyətinin rayon icra qurumlarına elə bir aidiyyatı da yoxdur.

Əslində xidmətlərin necə elektronlaşması da indiyədək bəlli deyil. Regional eGov-la bağlı hər hansı konseptual sənəd yoxdur. İndi regionlara yeni başçı təyin olunanlar əgər arzulasalar ki xidmətlərini elektrona keçirsinlər, məcburdurlar ki bunu özfəaliyyət qaydasında etsinlər. Belə olan halda isə 10 il bundan öncə mərkəzi icra orqanlarının eGov istiqamətdə atdığı addımlardan sonra yaranmış vəziyyətlə üzləşəcəyik.

Düşünürəm ki, bütün yerli qurumların bütün xidmətləri təkrar-eyni xidmətlər olduğundan vahid yanaşmanın olması, vahid bir regional eGov mərkəzin formalaşdırılması daha doğru olardı. Bunun üçün isə ilk öncə regional eGovla bağlı vahid bir konseptual sənəd hazırlanmalıdır. Bütün xidmətlər təkrar olduğundan, düşünürəm ki ASAN cəmi 39 xidmətin reqlamenti və rəqəmsallaşmasını hazırlamaqla qısa müddətdə regionların rəqəmsal inkişafında böyük uğur əldə etmiş olardı".

Ekspert məsələnin həlli ilə bağlı bir sıra təkliflər irəli sürüb:

"Fikrimcə paralel olaraq bu xidmətlərdən effektiv istifadə üçün, vətəndaşların da rəqəmsal bacarıqlarının artırılması üçün tədbirlər hazırlanmalıdır. Pandemiya ilə əlaqəli xüsusi karantin rejimi göstərdi ki bizdə bu sahədə ciddi problemlər var.

Eyni zamanda düşünürəm ki Prezident Administrasiyası yerli icra qurumlarının rəsmi saytlarına nəhayət ki nəzər salmalıdır. Şəffaflıq və informasiya açıqlığı, ictimai nəzarətlə bağlı Prezidentin son çıxışlarında irəli sürülən tələblərlə yerli icraqurumların rəsmi saytlarının vəziyyəti ziddiyyət təşkil edir.

Prezident Administrasiyası yerli qurumlara bu istiqamətdə metodiki- informasiya dəstəyi göstərməli, lazım gələrsə kontent menecerlər ayırmalıdır.

Öncədən bilinlməlidir ki onlar hansı sənədləri dərhal sayta qoyacaqlar və hansıları açıqlayacaqlar. Xatırlayıram ki, Binəqədi icra hakimiyyətində bunula bağlı yaxşı təcrübə vardı.

Bu istiqamətdə icra hakimiyyətindəki məsul şəxslərin uğurlu yerli və həmçinin beynəlxalq təcrübə ilə tanışlığını da Prezident Administrasiyası həyata keçirə bilərdi. Yerli icralarda normal rəqəmsal mühit formalaşdırmaq üçün əlavə imkanlar və resurslar ayrılmalıdır .

Rəqəmsallaşma, yerli xidmətlərin elektronlaşması, informasiya açıqlığı və şəffaflıq düşünürəm ki yerli icra qurumlarında korrupsiya risklərinin azalmasında və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti araşdırılır

27-04-2015

Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

17-09-2013

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016

Multimedia Mərkəzi dövlət qurumlarını monitorinq edəcək

19-03-2015

Yerli icra hakimiyyətlərinin də xidmətləri elektronlaşacaq

25-05-2016

Yerli icra qurumların xidmətləri nə zaman elektron olacaq?

22-06-2017

Regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub

28-06-2016

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

Ekspert: Bütün ölkə boyu “Asan xidmət” Mərkəzlərinin yaradılmasına ehtiyac varmı?

09-08-2021

Dövlət orqanlarının informasiya açıqlığı və elektron xidmətlərlə bağlı Monitorinqi aparılır

29-03-2012

Dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqi davam edir

23-10-2013

Onlayn şəffaflıq hesabatı dövlət qurumlarına göndərilib

13-08-2015

Dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqinə başlanır

22-07-2013

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

12-05-2022

Ekspert ASAN xidmət indeksi üzrə Reytinq Cədvəlinin nəticələrindən danışdı

28-01-2019

Dövlət orqanlarının informasiya açıqlığı üzrə Monitorinqi aparılır

01-08-2013

Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır

06-05-2021

Dövlət qurumlarının saytlarının şəffaflıq faizi açıqlandı

06-08-2015

İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

14-01-2015

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014

Regional e- hökumət məsələləri yenidən müzakirəyə çıxarılacaq

26-05-2017

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlanıldı

06-02-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə