Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

06-07-2018 / 14:57

Son günlər baş verən enerji böhranı yenidən dövlət qurumlarının informasiya sistemlərinin, dövlət informasiya resurslarının dayanıqlığı məsələsini gündəmə gətirib.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz böhran anında dövlət informasiya resuslarının işləmədiyini bildirib: “Adətən böhran anında məlum olur ki, dövlətin informasiya sistemi, ani qərarlar qəbul etmək imkanı verən avtomatik sistemlər, prosesləri real vaxtda idarə etmək imkanı yaradan informasiya resursları işləmir."

Həmçinin Osman Gündüz bu informasiya resurslarının hazırlanması üçün ayrılan məbləğ məsələsinə də toxunub. "Bu, bir neçə gün öncə Azərenerji-də oldu, bir müddət öncə güzəştli mənzil bölgüsündə onlayn sistemin çökməsi ilə yadda qaldı, indi məlum olur ki, AzərSu-dakı SCADA –da prosesləri normal tənzimləyə bilmir. Amma büdcələrinə baxanda görmək olar ki, bu informasiya resurslarının hazırlanmasına dəhşətli dərəcədə böyük vəsaitlər sərf olunub. Nə üçün bu qədər dövlət vəsaitləri, bu qədər kreditlər hesabına hazırlanan dövlət informasiya resursları işləməməlidir ? Kimdir günahkar ?

Ekspert sözü gedən məsələ ilə bağlı qurumun olmasına baxmayaraq hələ də əsasnaməsinin hazır olmamasını da bildirib: “Cari ilin mart ayınadək bu sahədə kordinasiya NRYTN-ə məxsus idi. Mart ayında Prezident fərmanı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, general Mürsəl Vəliyev Komissiyanın rəhbəri təyin olunub. Fövqəladə hallarda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı işlər bu quruma həvalə edilib. Təəssüf ki, hələlik bu qurumun Əsasnaməsi hazır deyil”.

Osman Gündüz komissiyanın fəaliyyəti üçün zəruri olan addımlara da aydınlıq gətirib: “Düşünürəm ki, Komissiya ləngimədən bütün dövlət qurumlarının informasiya sistemlərinin auditini aparlmalıdır, fövqəladə vəziyyətlərdə dövlət resurslarının dayanıqlığını testdən keçirməlidir.

Fikrimcə strateji, ictimai əhəmiyyət kəsb edən sektorda tətbiq olunan proqram təminatlarıa, texnoloji avadanlıqlara, servis göstərən şirkətlərə qarşı sərt tələblər müəyyən olunmalıdır. 

Dövlət informasiya resursunun- SCADA-nın yaradılması ilə bağlı Azərenerji-nin SİEMENS kimi şirkətin xidmətlərindən imtina etməsi və tanınmayan bir qurumla 55 milyon dollarlıq müqavilə bağlaması kimi hallar ciddi araşdırılmalıdır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.