Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

03-07-2019 / 12:53

Xeberler.az bildirir ki, ötən ilin 3 iyul tarixində Mingəçevirdəki Azərbaycan İES–də baş verən qəza nəticəsində ölkənin bütün enerji sisteminin çökməsi nəticəsində bütün ölkə işıqsız qalmışdı.
Enerji sistemini avtomatik rejimdə idarə etməli olan SCADA sistemi də çökmüşdü.
Böhran nəticəsində maliyyə-bank sektorunda, tibb müəssisələrində, metroda və s. sahələrdə ciddi fəsadlar baş vermiş bu səbəbdən Prezident yanında bununla bağlı toplantı keçirilmişdi. 
Prezident bu sahəyə böyük vəsaitlər ayrılmasına baxmayaraq yetərli nəticələrin olmaması, bölgələrdə tikilən 30 elektrik stansiyasının nə üçün işləməməsi, bir nöqtədə baş verən qəzadan bütün ölkənin enerji sisteminin nə üçün çökməsi ilə bağlı məsul şəxslərdən hesabat tələb etmişdi. 
Uzun illər Azərenerji rəhbəri olan Etibar Pirverdiyev vəzifəsini itrimiş və "Azərişıq" in rəhbəri Balababa Rzayev Azerenerji rəhbəri təyin edilmişdi.

Hazırda qarşıda duran sual ondan ibarətdir ki bu böhran bir də təkrarlana bilərmi ?

İnternet formunun Prezidenti, ekspert Osman Gündüz məsələyə münasibət bildirib. Ekspert cari ilin əvvəlində Azərenerji beynəlxalq auditin də iştirakı ilə ciddi araşdırmaların aparıldığını və Reabilitasiya Proqramının icrasına başlandığından söz açıb. Bundan sonra Bakıya alternativ xətlərin çəkildiyi və yeni güclərin bərpa edildiyini bildirib. Tender elan olunacağı və və SCADA-nın tamamilə yenidən qurulacağı elan olunub. Büdcədən bu məqsədlə xeyli vəsaitlər ayrıldığını qeyd edib.

3 gün öncə isə yenidən, məhz həmin yerdə, Azərbaycan İES-də yanğın baş verib. Lakin bu dəfə böhran yaşanmayıb və ölkədaxili əlavə güclər avtomatik rejimdə qoşulmaqla, həmçinin qonşu ölkənin enerji sisteminə real vaxtda qoşulmaqla problem aradan qaldırılb.
Bu onu deməyə əsas verir ki ötən müddət ərzində Azerenerji rəhbərliyi tərəfindən müəyyən işlər görülüb, enerji sisteminin etibarlığı və dayanıqlığı, avtomatik idarəetmə üçün zəruri addımlar atılıb. 

Lakin ölkənin əsas enerji təminatını ödəyən Azerbaycan İES-də qəzaların davam etməsi onu göstərir ki infrastruktruda ciddi problemlər qalır.
Bu isə onu deməyə əsas verir ki ötən ilin böhranı hansısa formada təkrarlana bilər. 
Ekspert Osman Gündüz düşünür ki, ümumiyyətlə enerji sektorunda infrastruktur tamamilə yenilənməli, yeni texnologiyalar tətbiq edilməli, SCADA və onun alternativi tamamilə yenidən qurulmalıdır.
Həmçinn sektorda liberallaşma aparılması, şəffaflığın gücləndirilməsi və kiçik elektrik stansiyalarının özəlləşdirilməyə çıxarılması faydalı olardı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə