Previous Next
Bağla

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021 14:55
Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?
"Azərbaycan son zamanlar kibertəhlükəsizliklə bağlı mühiti xeyli inkişaf etdirə bilib. Bu, 44 günlük Vətən müharibəsi zamanı da özünü göstərib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, son zamanlar bu istiqamətdə atılan addımların nəticəsi olaraq Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” indeksində 15 pillə irəliləyərək 194 ölkə arasında 40-cı yerdə qərarlaşıb:
 
"Kibertəhlükəsizlik səviyyəsi üzrə qiymətləndirmə bir neçə istiqamət üzrə ( hüquqi tədbirlər, texniki tədbirlər, təşkilati tədbirlər, kadr potensialı və s.) aparılır. Ötən il qazanılan ciddi uğura baxmayaraq sektorda uzun müddətdir ki, həllini gözləyən problemlər də var. Bəlkə də bu problemlər zamanında həll olunsaydı Azərbaycan adı çəkilən indeksdə daha yüksək yer qazana bilərdi.
 
Dövlət sektorunda infromasiya təhlükəsizliyinə ötən il Prezident fərmanı ilə XDMX-nin ləğvi əsasında yaradılan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti cavabdehdir.
 
Lakin cəmi 2 ay vaxt verilməsinə baxmayaraq ilyarımdan çoxdur ki, bu cür strateji əhəmiyyət kəsb edən qurumun strukturu və əsasnaməsi təsdiqlənməyib. 2018-ci ildə yaradılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasına rəhbərlik də bu quruma həvalə edilib".
 
Osman Gündüz qeyd edib ki, bu Komissiyanın 2018-ci ildə hazırlamalı olduğu , kibertəhlükəsizlik sektoru üçün mühüm əmiyyət kəsb edən, "İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya" (2019-2024-cü illər) da uzun illərdir ki təsdiqlənə bilmir.
 
"Ötən il NRYTN və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bildiriblər ki, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya” üzərində birgə işlər başa çatdırılıb və sənəd hökumətə təqdim edilib. Lakin ondan da hələlik bir xəbər yoxdur.
 
Kibertəhlükəsizlik sahəsi ilə əlaqəli daha bir məsələ isə strateji əhəmiyyət daşıyan dövlət informasiya resurslarının təhlükəsizliyinin təminatı məsələsidir. Cari ilin əvvəli Prezident "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
 
Fərmana görə DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhlükəsizlik baxımından auditi məcburi olan dövlət informasiya resurslarının siyahısını hazırlamalıdır ki, hələlik bununla bağlı da açıqlama verilməyib.
 
Düşünürəm ki, yuxarıda adı çəkilən məsələlərin həlli kibertəhlükəsizlik sahəsində ölkəmizin mövqeyini daha da gücləndirə bilərdi".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu qurumların strukturu niyə təsdiqlənmir?

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019
"Vətən Müharibəsi də başa çatdı, amma “Kibertəhlükəsizlik strategiyası”ndan xəbər çıxmadı"

"Vətən Müharibəsi də başa çatdı, amma “Kibertəhlükəsizlik strategiyası”ndan xəbər çıxmadı"

02-02-2021
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012
Azərbaycanda “Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması niyə yubanır?

Azərbaycanda “Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması niyə yubanır?

21-02-2020
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə