Dövlət xidmətləri vahid bir portalda- Fotolar

15-01-2016 / 16:52

Məlumat verdiyimiz kimi, bu gün ASAN xidmət-də dövlət xidmətlərin Elektron Reyestrinin  təqdimatı baş tutub.

Xeberler.az-ın məlumatına görə, tədbirdə  media nümayəndələri və eskpertlər iştirak edib.

Təqdimat mərasimində ASAN xidmət-də Elektron xidmətlərin inkişafı sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov iştirakçılara  Elektron Reyestr barədə ətraflı məlumat verib.

Tədbirdə  dövlət xidmətləri ilə bağlı yaradılan vahid məlumat portalı ( dxr.az) təqdim edilib.

Qeyd edək ki,portalda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlər haqqında məlumatlar bir neçə qrupda müəyyənləşib.

Dxr.az-da xidmətlərlə bağlı məlumatlar  “Dövlət orqanları”, “Bütün dövlət xidmətlər”, “Sahələr”, “ASAN xidmət mərkəzində göstəriləm xidmətlər”, “İstifadəçi qruplar,” “Elektron formada göstərilən xidmətlər”,” Xüsusi razılıq( lisenziya), serfikat, şəhadətnamə”, “Ödənişsiz həyata keçirlən dövlət xidmətləri” olmaq üzrə qruplara bölünüb.

Saytda “Ən çox axtarılan xidmətlər” bölməsi də təşkil edilib.

Qeyd edək ki, portala 116 dövlət orqanın  676  dövlət xidməti  barədə məlumat yerləşdirilib. Onlardan 116 dövlət qurumunun 290  elektron xidməti haqqında məlumatlar da  bazaya əlavə edilib.

Beləliklə, dövlət qurumları Reyestrdə  qeydə alınmayan  xidmətləri vətəndaşlara və hüquqi şəxslərə  göstərə bilməyəcək.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.