Previous Next
Bağla

Osman Gündüz: myGov-da təhlükəli eksperiment vaxtında dayandırıldı

27-12-2025 18:01
Osman Gündüz: myGov-da təhlükəli eksperiment vaxtında dayandırıldı

İKT üzrə ekspert Osman Gündüz myGov platformasında vətəndaşların fərdi məlumatlarının qorunması ilə bağlı risk yaradan bir mexanizmin qısa müddətlik aktivləşdirildiyini və sonradan aradan qaldırıldığını bildirib.

Xeberler.az bildirir ki, o, bununla bağlı fikirlərini şəxsi Facebook hesabında paylaşıb.

Osman Gündüzün sözlərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən myGov üzərindən özəl şirkətlərin vətəndaşların fərdi məlumatlarını sorğulaması imkanı iki gün ərzində aktiv edilib. Belə ki, myGov-un “İcazələrin idarə edilməsi” bölməsində əvvəl default olaraq deaktiv olan “məlumat sorğusuna icazə” mexanizmi vətəndaşlardan xəbərsiz şəkildə aktiv vəziyyətə gətirilib.

Ekspert qeyd edib ki, bu yanaşma nəticəsində istənilən şirkət vətəndaşların şəxsi, ailə, iş, biznes və sosial xarakterli məlumatlarını sorğulamaq imkanına malik olub, vətəndaş isə yalnız sorğu göndərildikdən sonra bundan xəbərdar edilib. Halbuki əvvəlki mexanizmdə şirkətlər vətəndaşın əvvəlcədən razılığı olmadan heç bir məlumat sorğusu göndərə bilmirdilər.

Osman Gündüz bu addımı təhlükəli və riskli yanaşma kimi qiymətləndirib. Onun fikrincə, dünya təcrübəsində və rəqəmsal hökumət fəlsəfəsində bu məsələdə “qırmızı xətt” mövcuddur və biznes sorğuları default olaraq bağlı olmalıdır. Razılığın sorğu zamanı deyil, öncədən verilməsinin vacibliyi vurğulanıb. Ekspert bildirib ki, bu yanaşma təkcə beynəlxalq normalarla deyil, Azərbaycan qanunvericiliyi baxımından da ciddi suallar yarada bilərdi.

Xoşbəxtlikdən, məsələ operativ şəkildə həll olunub. Osman Gündüz bildirib ki, son yoxlamalar zamanı İRİA tərəfindən problemin aradan qaldırıldığı və şirkətlərin vətəndaşlara sorğu göndərmək imkanlarının yenidən deaktiv edildiyi məlum olub. Onun ehtimalına görə, təhlükəsizliyə cavabdeh qurumlar da bu vəziyyətdən xəbərdar olaraq müdaxilə ediblər.

Ekspert vurğulayıb ki, bu cür eksperimentlər ciddi dövlət rəqəmsal resursları üçün yolverilməzdir. Son dövrlər faydalı platformaya çevrilən myGov-da riskli qərarların qəbul edilməsi ümumilikdə dövlət sistemlərinə olan ictimai etimadı zəiflədə bilər.

Osman Gündüz sonda qeyd edib ki, belə halların təkrarlanmaması üçün məsul qurum olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və digər aidiyyəti dövlət strukturları tərəfindən zəruri tədbirlərin görülməsi vacibdir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

18-11-2025

İRİA: “mygov”da rəqəmsal razılıq mexanizmi tətbiq olunur

27-12-2025

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024

DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

23-08-2024

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024

mygov platformasına yeni funksionallıq əlavə edilib

08-05-2025

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026

Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

17-09-2024

Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

29-10-2024

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

Kim sizin şəxsi məlumatlarınızı sizdən xəbərsiz izləyir?

02-08-2023

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq

04-09-2024

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə