Previous Next
Bağla

Süni intellekt dövlət xidmətlərində: faydalı tərəfləri və risklər - Təhlil

14-01-2026 17:20
Süni intellekt dövlət xidmətlərində: faydalı tərəfləri və risklər - Təhlil

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz ASAN Xidmətin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” tərəfindən süni intellekt əsaslı yeni layihə ilə bağlı tender elan edilməsini dəyərləndirib.

Xeberler.az bildirir ki, onun sözlərinə görə, tender süni intellekt əsaslı Səsli Agentin və zənglərin AI əsaslı təhlili platformasının qurulması və tətbiqini nəzərdə tutur:

"Layihə çərçivəsində ASAN-ın çağrı mərkəzinə daxil olan vətəndaş müraciətlərinin avtomatik cavablandırılması, zənglərin mətnə çevrilərək analitik təhlil edilməsi və bu proseslərin mövcud sistemlərlə inteqrasiya olunmuş şəkildə həyata keçirilməsi planlaşdırılır. Tender üzrə ehtimal olunan qiymət 1,2 milyon manat təşkil edir".

Osman Gündüz qeyd edib ki, bu addım faydalı və zəruridir və ASAN tərəfindən bu istiqamətdə artıq uzun müddətdir hazırlıq işlərinin aparıldığı bildirilirdi. Onun fikrincə, elan olunan tender dövlət sektorunda süni intellektin artıq konseptual müzakirə mərhələsindən çıxaraq real xidmət səviyyəsində tətbiqinə keçdiyini göstərir.

Ekspert xatırladıb ki, bu ilk nümunə deyil. Son illərdə İqtisadiyyat Nazirliyi, DOST və digər dövlət qurumları oxşar məzmunlu tenderlər keçirib, bəzi qurumlar isə daxili resurslar hesabına AI əsaslı çağrı mərkəzi həlləri qurmağa başlayıblar. Eyni zamanda ABB, Azercell və digər özəl qurumlarda da bu tip texnologiyaların tətbiq olunduğunu bildirib.

Onun sözlərinə görə, AI əsaslı çağrı mərkəzləri vətəndaş müraciətlərinə daha sürətli cavab verilməsinə, operatorların iş yükünün azaldılmasına, xidmət keyfiyyətinin ölçülməsinə və problemlərin analitik əsaslarla aşkarlanmasına imkan yaradır. Tenderin texniki tələblərində mənbə kodunun, modelin və datanın ötürülməsinin nəzərdə tutulması da müsbət məqam kimi qiymətləndirilib.

Bununla yanaşı, Osman Gündüz qeyd edib ki, əsas məsələ bu proseslərin daha səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsidir.

Onun fikrincə, dövlət qurumları üçün ortaq olan bəzi AI modullarının mərkəzləşdirilmiş şəkildə əldə edilməsi və vahid dövlət platforması üzərindən təqdim olunması həm maliyyə, həm də texnoloji baxımdan daha məqsədəuyğun olardı. Bu yanaşma vahid dövlət süni intellekt infrastrukturunun formalaşmasına, Azərbaycan dili üzrə səs datalarının mərkəzləşdirilmiş toplanmasına və təhlükəsizlik risklərinin azaldılmasına töhfə verə bilər.

Ekspert yekunda bildirib ki, dövlət xidmətlərinin süni intellekt əsasında təqdim edilməsi və müraciətlər üzrə analitik təhlillərin aparılması mühüm və təqdirəlayiq addımdır. Əsas məqsəd bu təşəbbüslərin vahid strategiya və koordinasiya çərçivəsində davam etdirilməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025
"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026
İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

05-03-2025
"ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək

"ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək

04-04-2025
Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024
Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

17-06-2026
Süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq

Süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq

23-09-2025
“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026
ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025
Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026
DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

18-08-2025
“Dövlət orqanları üzrə 450-dən çox elektron xidmət qiymətləndirilib”

“Dövlət orqanları üzrə 450-dən çox elektron xidmət qiymətləndirilib”

19-08-2016
Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025
BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025
Azərbaycanın süni intellekt layihəsi gələn il Davos forumunda təqdim olunacaq

Azərbaycanın süni intellekt layihəsi gələn il Davos forumunda təqdim olunacaq

30-05-2025
Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

17-02-2026
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

01-03-2019
IBM: Maliyyə sektorunda süni intellekt mərhələsi başlayır

IBM: Maliyyə sektorunda süni intellekt mərhələsi başlayır

29-09-2025
Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

29-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə