Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019 / 19:17

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib.

Xeberler.az məlumat verir ki, bildirilib ki, www.azranking.az portalının əsas platformalarından biri olan İdarəetmə və Koordinasiya Paneli (Komissiyanın elektron kargüzarlıq sistemi) 2019-cu il iyun ayının 1-dən funksional olaraq tam istifadəyə veriləcək. Görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi və bu sahədə dövlət qurumlarının nümayəndələrinin daha detallı və praktik olaraq məlumatlandırılması həyata keçirilib.

Komissiyanın elektron kargüzarlıq sistemi internet üzərindən real vaxt rejimində işləməklə Komissiyanın fəaliyyətində sənədlər üzrə kağız dövriyyəsinin minimuma endirilməsi, işçi qrupları arasında koordinasiyanın və əlaqələndirmənin səmərəliliyinin daha üst səviyyəyə yüksəldilməsinə xidmət etməklə, biznes mühiti üzrə aparılan islahatların operativ və səmərəli kommunikasiyasına geniş imkanlar yaradır.

Təlim zamanı bildirilib ki, Portal əsasən aşağıdakı platformalardan ibarətdir:

- Məlumatlandırma Paneli (Komissiyanın fəaliyyəti, Beynəlxalq reytinqlər, onlayn müraciət,

Axtarış sistemi və s.);

- Dövlət-Biznes Dialoqu Platforması;
- İnnovativ müqayisə sistemi (“Benchmarkinq” sistemi);
- İdarəetmə və Koordinasiya Platforması (Komissiyanın elektron kargüzarlıq sistemi)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sistemindən Komissiyanın Katibliyinin və işçi qrupların üzvlərinin vizual olaraq izahı üçün yeni video çarx tərtib edilib. Təlimdə dövlət qurumlarının 30-dan artıq nümayəndəsi iştirak edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.