“Elektron reseptin verilməsinə çalışırıq”

16-03-2017 / 11:17

“Yaxın gələcəkdə Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi elektron imzaya sahib olan vətəndaşların sayını kəskin artıracaq, bu da onların elektron səhiyyə xidmətlərindən istifadə edərkən fərdi məlumatları əldə etməsini təmin edəcək”.

Xeberler.az-ın məlumatına görə, bu barədə Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov Microsoft-un  Bakıda səhiyyə müəssisələri üçün təşkil etdiyi seminarda çıxışı zamanı deyib:

Mərkəz direktorunun sözlərinə görə,  portaldakı  e-xidmətlərdən 33-ü səhiyyə sahəsi ilə bağlıdır:

“Məqsədimiz mövcud olan tibbi informasiya sistemlərinin milli səhiyyə şəbəkəsinə inteqrasiya olunması və rəqəmsal reseptin verilməsidir. Elektron Hökumət Portalına müraciət edənlərin sayı 40 milyondan çoxdur. Hazırda portalda 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 400-dən çox xidmətindən yararlanmaq mümkündür ki, bu xidmətlərdən 33-ü səhiyyə sahəsinin elektron xidmətləridir”.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.