Previous Next
Bağla

Vətəndaşlar tibbi müayinə ilə bağlı SMS-lə məlumat alacaq

29-12-2015 12:00
Vətəndaşlar tibbi müayinə ilə bağlı SMS-lə məlumat alacaq

Azərbaycanda müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlarla (obliqat qruplar) bağlı yeni xidmətlər istifadəyə verilib.

Xeberler.az bildirir ki, Azərbaycan Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib ki, yeni xidmətlər obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi və obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıqdır.

Yeni xidmətlər artıq “Elektron səhiyyə” portalına yerləşdirilib.

Cəbrayıl Əsəd-zadə qeyd edib ki, obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi xidmətindən istifadə etmək üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə İCAZE sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) ilə göndərməlidir.

Sistem qısa müddət ərzində vətəndaşın işə buraxılma icazəsinin olması barədə məlumatı abonentə göndərir.

Obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıq xidmətindən istifadə üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə OBLİQAT sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Sistem qısa müddət ərzində vətandaşın növbəti müayinə tarixi barədə məlumatı abonentə göndərir. Əgər müayinə yoxdursa, ilkin müayinə tarixi barədə məlumat gondərilir. Xidmətlərdən bütün mobil operator istifadəçiləri yararlana bilərlər.
Xidmətlərin məqsədi obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında həyata keçirilməsini təmin etməkdir.

Cəbrayıl Əsəd-zadə qeyd edib ki, istifadəyə verilən yeni xidmətlərdən biri də “Xəstəliklərin Beynəlxalq Təsnifatından məlumatların verilməsi” xidmətidir.
Mərkəz direktorunun sözlərinə görə, hazırda “Elektron səhiyyə” portalı vasitəsilə səhiyyə sahəsi üzrə vətəndaşlara 37 elektron xidmət göstərilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda verilən e-sağlamlıq kartlarının sayı artıb

Azərbaycanda verilən e-sağlamlıq kartlarının sayı artıb

07-04-2020
Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

01-07-2021
Səhiyyədə 25 xidmət elektronlaşacaq

Səhiyyədə 25 xidmət elektronlaşacaq

12-03-2013
Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025
Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014
Həkim qəbulu elektronlaşdırılır

Həkim qəbulu elektronlaşdırılır

09-04-2012
Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014
Portala yeni elektron xidmət inteqrasiya olunub

Portala yeni elektron xidmət inteqrasiya olunub

17-11-2015
Səyyar ASAN  ödənişsiz tibbi müayinə aksiyası keçirib

Səyyar ASAN ödənişsiz tibbi müayinə aksiyası keçirib

09-10-2017
Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014
Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024
Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015
"Elektron Səhiyyə" internet portalı yenilənib

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011
Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017
2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023
Aztelekom telefonla bağlı problemin SMS-lə qəbuluna başlayıb

Aztelekom telefonla bağlı problemin SMS-lə qəbuluna başlayıb

30-09-2015
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
“Elektron reseptin verilməsinə çalışırıq”

“Elektron reseptin verilməsinə çalışırıq”

16-03-2017
İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

17-09-2024
Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın  müraciət edilib

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015
SMS ilə fövqəladə hallar barədə məlumat alacaqsınız

SMS ilə fövqəladə hallar barədə məlumat alacaqsınız

05-05-2015
Azərbaycanda 900 mindən çox elektron sağlamlıq kartı verilib

Azərbaycanda 900 mindən çox elektron sağlamlıq kartı verilib

13-08-2015
Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019
Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə