Google məhsullarının qiymətində endirim etdi

30-07-2015 / 16:43

Google-ın 2013-cü ildə bazara çıxardığı və ötən il 10 milyondan çox satılan multimedia cihazı ChromeCast-ın qiymətinə endirim edilib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 35 dollar satış qiyməti qoyulan ChromeCast-ın endirimli qiymətindən faydalanmaq üçün iki ədəd ChromeCast almaq lazımdır. İki ədəd ChromeCast alanlara 15 dollarlıq endirim edilir. Alıcılar bu zaman 70 dollar əvəzinə 55 dollar ödəyəcək.

Amazon bir ədəd satın alanlar üçün isə 10 dollarlıq hədiyyə çeki təklif edir.

Standart bir USB yaddaş ölçüsündə olan Chromecast sadələşdirilmiş bir Chrome OS versiyası ilə çalışır. Android, iOS, PC və Mac cihazlarla uyğun olan Chromecast HDMI Wi-fi şəbəkəsi ilə ağıllı telefon ya da planşetdəki görünüşü TV-yə əks etdirə bilir.

Hazırda Chromecast ilə uyğun tətbiq sayı on mini ötüb.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə