Apple TV-də tətbiqlərin sayı 2600-ü keçdi

11-12-2015 / 17:01

Apple TV yenilənib.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, yeni əməliyyat sistemi tvOS sayəsində proqrama yeni tətbiqlər yüklənib.

Noyabr ayında bazara çıxan yeni Apple TV-də hazırda yükləyə biləcəyiniz 2 min 624 ədəd tətbiq var.

Apple TV AppStore-a hər həftə təxminən 447 yeni tətbiq yükləyir. Yəni Apple TV tətbiqlərinə maraq bu şəkildə davam etsə, 2016-cı ilin ilk rübündə tvOS-da işlənən tətbiqlərin sayı 10 mini keçəcək.

Yüklənən tətbiqlərin yüzdə 38-i oyunlardır.

Onu da qeyd edək ki, tətbiqlərin yarıdan çoxu, yüzdə 61-i ödənişsizdir.

Ödənişli tətbiqlərin yüzdə 85-i isə 0.99 dollar ilə 2.99 dollar arasında dəyişir.

Ən yaxşı 50 tətbiqin 28-i əyləncə kateqoriyasındadır.

Ümumilikdə Apple TV-dəki tətbiq sayının 2000-i keçdiyi təsdiqlənib.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.