Facebook sosial şəbəkəsinin yeni funksiyası videonu televizora translyasiya etməyə imkan verəcək.
Yeni xidmətdən istifadə üçün Chromecast və ya Apple TV televizor qurğuları tələb olunur.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu yaxınlaradək sosial şəbəkədən videonu televizor ekranına ötürmək yalnız Apple smartfonu və ya Apple TV və Chromecast qurğularının brauzerləri vasitəsilə mümkün idi.
Yaxın gələcəkdə bu imkanı Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular da qazanacaq. Bu, eyni anda “Facebook”da xoşagələn videoya və xəbərlər lentinə baxmağa şərait yaradacaq.
Yeni xidmətin anonsu 2 ay əvvəl edilib. Oktyabrda sosial şəbəkə mütəxəssisləri xidməti nümayiş etdirərək onun yaxın vaxtlarda yeni funksiyalarla təchiz ediləcəyini bildiriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri