İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016 / 12:14

Məlumat verdiyimiz kimi, Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES azərbaycanlı qızların və qadınların informasiya-kommunikasiya texnologiyaları barədə məlumatlılığının artırılması, habelə İKT sahəsinə marağının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Xeberler.az-ın məlumatına görə, İKT Klubun yaranmasının 2 ili tamam olur. Belə ki, Klubun İKT xanımları bu gün 2 yaşlarını qeyd edir.

Qeyd edək ki, ötən iki il ərzində Klubun təsisçiləri və üzvləri tərəfindən bu qəbildən bir çox işlər görülüb.

Klub xüsusilə də qızların və qadınların İKT sahəsində məşğulluğunun artırılması məqsədilə bu sahədə çalışan yerli şirkətlərlə səmərəli dialoq qura bilib.

Bu yaxınlarda FEMMES DIGITALES  artıq regionlarda da fəliyyətə başladığını elan etdi. İlk olaraq İKT Klub Masallıda xanımları bir araya topladı.

Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, B.EST Solutions, Microsoft, HP, Azercell, Bakcell, Azerfon, BBTV, AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, Mont, Cybernet, BestComp, İnfipro,  Milli Kart və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunur.

 FEMMES DIGITALES-dən Xeberler.az-a verilən məlumata görə, İKT Klubun hazırda 100-dən çox xanım nümayəndəsi var. 



FEMMES DİGİTALES klubu  dövlət və özəl təşkilatların aparıcı vəzifələrində çalışan qadınlar, eləcə də ölkənin İKT sahəsində karyera qurmağı hədəfləyən gənc qızlar arasında geniş populyarlıq qazanıb.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.