“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015 / 17:27

Azərbaycan Qadınlarının İKT Klubu – "Femmes Digitales" Azərbaycan məktəblərində 9-11-ci siniflərdə təhsil alan məktəbli qızların İKT sahəsinə marağını artırmaq məqsədilə təbliğat kampaniyasına başlayır.

Xəbərlər-in məlumatına görə,  bu qəbildən olan ilk tədbir aprelin 23-də Zərifə Əliyeva adına liseydə keçiriləcək və Azərbaycanda 23 aprel – "İKT-də Qızlar Günü"nün açılış mərasimi olacaq. 

"FEMMES DIGITALES"-in qurucuları öz təcrübələrini məktəblilərlə paylaşacaq, onları İKT sahəsində təhsillərini davam etdirməyə həvəsləndirəcək.

Təşkilat Azərbaycan  təhsil ocaqlarının müraciəti əsasında bu cür tədbirlərin keçirilməsinə hazırdır. Bu tədbirlərdə yuxarı sinif şagirdləri olan yeniyetmə qızlar İKT sahəsində karyera qurmaq üçün xanımları hansı imkanlar gözlədiyini "Rəqəmsal Qızlar"ın təqdimatlarından öyrənəcəklər.

"FEMMES DİGİTALES" – məktəblərdə "Azərbaycanın Rəqəmsal Qızları" layihəsinin təşkilatçısıdır.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.