İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019 / 20:53

"NRYTN rəsmilərinin innovasiyalarla və startaplarla bağlı açıqlamasından nəsə anlamaq olmur. Məlumdur ki, Prezident Fərmanına uyğun olaraq artıq bütün dövlət qurumlarında innovasiyalarla əlaqəli məsul şəxslər müəyyən olunub, tədbirlər təsdiqlənib, maliyyələşmə mənbələri göstərilib və artıq bu istiqamətdə hesabatların verilməsi məcburidir. Kordinasiya da tapşırılıb Prezident Administarsiyasına. Adminsitarsiyada İnnovasiyaların inkişafı ilə bağlı Strategiyanın da hazırlanıb başa çatdığı bildirilir. Bütün bunlara baxmayaraq NRYTN rəsmisi bildirir ki, sanki innovasiyalarla bağlı işlər adı olub özü olmayan İnnovasiyalar Agentliyinə tapşırılıb. Qeyri-ciddi bir yanaşmadır"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda bəzi qurumların innovasiyalar sahəsində daha perspektivli addımlar atdığını qeyd edib :

"Elə dövlət qurumları var ki, innovasiyalar sahəsində real addımlar atırlar, məsələn VXSİ Dövlət Agentliyi yanında İNNOLAND və KOBİA yaranıb və aktiv fəaliyyət göstərirlər.  Startaplarla bağlı tənzimləmə səlahiyyətləri KOBİA və Vergilər Nazirliyindədir. Belə olan halda anlamıram ki mövcud olmayan bir qurumu qabartmaq üçün nə zərurət var. Həm də məlumdur ki, Prezidentin innovasiyalarla bağlı son fərmanları İnnovasiyalar Agentliyinin yaranması ilə bağlı sərəncamdan xeyli sonra verilib. Yəni bunlar daha yenidir. Və bu son sənədlər yeni mühit formalaşdırmaqdadır. Güman etmək olardı ki, hökumət əvvəllər ölkə üzrə Kordinasiyanı NRYTN nəzdində yaradılmalı olan İnnovasiya Agentliyinə verməyi düşünüb, lakin Prezidentin son fərmanlarından görsənir ki, artıq bu məsələnin üstündən xətt çəkilib, kordinasiya PA-ya verilib və bütün qurumlar, o cümlədən də NRYTN eyni səviyydə innovasiyalarla məşğul olmalıdırlar. NRYTN rəsmisinin açıqlamalarından belə anlamaq olar ki, onların sanki bu istiqamətdə ən son sənəd olan innovasiyaların inkişafı ilə bağlı Prezident Fərmandan, Vergi Məcəlləsinə dəyişikliklərin təsdiqi ilə bağlı Prezident Fərmanlarından xəbərləri yoxdur"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.