Previous Next
Bağla

Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

02-09-2019 12:13
Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

Xeberler.az olaraq Azcloud Hackaton 2019 müsabiqesi ilə bağlı xəbəri oxuculara çatdırmışdıq. Indi isə müsabiqə və digər məsələlər ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüzün açıqlamasını təqdim edirik:

"Bir müddət öncə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) nəzdində İnnovasiya Agentliyi yaradılıb və bu yaxınlarda Prezidentin sərəncamı ilə yeni rəhbəri də təyin olunub.

Bundan sonra NRYTN-nin innovativ fəaliyyətində İnnovasiya Agentliyinin adına daha tez-tez rast gələcəyimizi gözləyirdik.

Qəribədir ki, hazırda Nazirlikdə bu istiqamətdə öndə gedən qurum İnnovasiya Agentliyi deyil, NRYTN-in digər qurumu – AzİnTelecom-dur.

Anlaşılmazdır ki, milyonlarla vəsait xərclənərək yaradılan nəhəng Data Mərkəzin operatoru olan, Azercell kimi nəhəng qurumun təsisçisi olan, ölkənin bütün beynəlxalq trafikinə nəzarət edən bu dövlət şirkəti özünə dəxli olmayan tədbirlər keçirməklə, cari xarakterli bəsit işlərlə məşğuldur. Hansı ki, bu işləri görəcək qurum da Prezident fərmanı ilə elə NRYTN-nin nəzdində yaradılıb.

Eyni zamanda absurd bir vəziyyət də ondan ibarətdir ki, bu dəfə AzİnTelecom 70 nəfərlik AZCLOUD Hackathon tədbrini keçirmək üçün 70 min nəfərlik Bakı Olimpiya Stadionunu icarəyə götürüb.

Bəlkə də dünyada eventlər tarixində bu dərəcə anormal bir vəziyyət olmayıb. Ölkəmizin diskoteka keçirmək üçün yüksək səviyyəli zalları mövcud olduğu halda AzİnTelecom –un 70 minlik stardionda 70 nəfərlə dsikoteka təşkilini necə izah etmək olar görəsən ?

Bəlkə vəsait o qədər çoxdur ki onu mütləq harasa xərcləmək (silmək) lazımdır ?
Gəlirin çox olması da inandırıcı görsənmir. Çünki daha bir absurd vəziyyət ondan ibarətdir ki, bu cür resurslara malik dövlət şirkətinin ötən il gəlirləri 26 % aşağı düşüb. Daha doğrusu o ola bilərdi ki, AzİnTelecom Data Mərkəzin operatoru olaraq xidmətlərin səviyyəsini qaldıraydı.

Bu nəhənglikdə Data Mərkəz fərqindədirmi ki, ölkənin sayılan dövlət qurumları öz məlumat bazalarının Backup-nı hələ də xarici serverlərdə saxlayırlar. Nə üçün özəl sektor məlumat bazalarını yerli Data Mərkəzdə deyil xarici resurslarda saxlayır ?
Nə üçün heç bir qurum AzİnTelecom-a gəlmək istəmir? Gələnlər də inzibati resurslarla gətirilir. 

AzİnTelecom daha əhəmiyyətli və özünə birbaşa dəxli olan bu sualların cavabı üzərində düşünsə daha doğru olardı.

Ümumiyyətlə müşahidə etdikdə görmək olar ki, Nazirlikdə səlahiyyət bölgüsü, vəzifələrin icrası sahəsində də anlaşılmazlıq var. Startpalarla bağlı regionada tədbir təşkil edilib. Məntiqlə bunu da sahə üzrə Nazirliyin səlahiyyətli qurumu olan İnnovasiya Agentlıiyi etməlidir. Amma diqqət etdikdə görürük tədbirin təşkilatçıları arasında ümumiyyətlə bu qurumun adı yoxdur.

Düşünürəm ki, NRYTN tədbir xatirinə tədbir keçirməkdənsə Prezident fərmanı ilə yaradılan İnnovasiya Agentliyi çərçivəsində strateji plan hazırlayıb, strateji hədəflər götürüb, Prezidentin innovasiyaların inkişafı haqqında Fərmanına uyğun olaraq sistemli formada fəaliyyət göstərmək daha məntiqli olardı.

Qəribədir ki, İnnovasiya Agentliyinin rəhbərinin təyin olunması haqqında Prezident sərəncamını da Prezidentin rəsmi saytında tapa bilmədim. Bilmirəm təsadüfdür , yoxsa bu da Nazirlikdəki anlaşılmazlıqlarla bağlıdır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019

Ekspert : Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu?

12-03-2019

NRYTN böyük vəsaitlər sərf edərək anlaşılmaz tədbirlər keçirir

04-03-2020

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020

Ekspert: NRYTN -da nə baş verir?

15-05-2020

Ekspert : Ölkədə innovasiyaların inkişafı üçün yeni mərhələ başlayacaq

07-11-2018

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019

Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

17-03-2021

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021

Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

09-07-2021

Mingəçevir Yüksək Texnologiyalar Parkında rezident çatışmazlığı var

20-05-2020

Ekspert: Dövlət Gömrük Komitəsi nə üçün İnzibati binaya köçmür?

07-04-2025

"AzInTelecom”da baş verənlərin səbəbkarı hansı şirkətdir?

19-06-2023

“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb

09-09-2025

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə