Previous Next
Bağla

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019 16:22
Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

"Bu sualın cavabını yalnız Prezident Administrasiyası bilir. Çünki Strateji Yol Xəritəsinə görə Telekommunikasiya sahəsində aparılacaq islahatlar çərçivəsində görüləcək işlərə cavabdehlik Prezident Administrasiyasına tapşırılıb. Plana görə 2020-ci ildə NRYTN ləğv edilərək yenidən formalaşmalı və müstəqil tənzimləyici qurum – Milli Telekommunikasiya Şurası yaranmalıdır"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert bu istiqamətdə hansı işlərin görülməsindən də danışıb:

"Bəs vəziyyət necədir, hansı işlər görülüb, hansı ölkələrin təcrübəsindən istifadə olunacaq ?

Bu haqda heç bir rəsmi açıqlamalar verilmir. Yalnız bir-iki dəfə qeyri-müəyyən bir açıqlamalar verilib. Təəssüf ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də bu istiqamətdə ciddi iş görmür. Güman ki gücü çatmır və daha çox “baş ağrıtmayan” məsələlərə köklənir. İndiyədək bununla bağlı maraqlı tərəflərin iştirakı ilə hər hansı müzakirə keçirilməyib. Strateji Yol Xəritələrinin icrası ilə bağlı hesabatların hazırlandığı bildirilsə də müzakirələr keçirilməyib. Burada nəsə qapalı bir informasiya mühiti yaradılıb. Hiss olunur ki, kimlərsə bundan çox narahatdır. Əlbəttə, tənzimləyici səlahiyyətlərin müstəqil quruma verilməsi sektorda vəziyyəti kökündən dəyişəcək.

Yeri gəlmişkən, dünyada cəmi bir-iki ölkə var ki telekommunikasiya sektorunda bizdəki fomada idarəetmə qalıb. Yol Xəritəsinə Prezident imza atıb. İcra üçün də vaxt az qalıb. Problem isə heç də asan deyil. Ciddi məsələlər həllini tapmalıdır. Kommersiya, təsərrüfat və tənzimləmə funksiyalarını əlində cəmləyən NRYTN isə ciddi səhvlərə yol verir, var qüvvəsi ilə kommersiya xəttini gücləndirib, strategiya doğru qurulmur, bəsit və mənasız –imitasiya xaraketrli tədbirlərə üstünlük verilir, sektorda dövlətin xüsusi çəkisi hədsiz güclənib, rəqabətlə bağlı mühit nəinki inkişf etdirilmir, bu sektorda rəqabətli mühit hətta pisliyə doğru dəyişib. Özəl Provayderlər həyəcan təbili çalırlar. Hətta biznes sektoru qiymət endirimi ilə bağlı, liberallaşma ilə bağlı rəsmi açıqlamalar verir, amma NRYTN bu addımların reallaşmasına köməklik göstərmir.

Ümid edirəm Strateji Yol Xəritəsinin icra planı Prezident Administrasiyasının müvafiq şöbəsində əyləşənlərin də qarşısında var. Baş verənlərdən də bildiyim qədər xəbərdardırlar. Provayderlərin müraciətləri haqqında da ümid edirəm ki, məlumatları var. Düşünürəm ki, PA bu sektorda inkişaf üçün, rəqabətli və liberal mühitin formalaşması üçün çox kəskin addımlar atmalıdır"

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018

Strateji Yol Xəritələrinin icrasına dair hesabat niyə müzakirə olunmur?

13-06-2019

Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

14-02-2018

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Rabitə müəssisələri niyə zərərlə çalışır?

27-06-2019

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018

Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

12-10-2017

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018

Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

24-08-2018

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009

Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

06-09-2019

Ekspert: NRYTN-də nə baş verir?

12-06-2019

Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

02-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə